Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkimlərə əməkhaqqı bonusla veriləcək - yeni qaydalar

26.12.2019 20:08 1 455
Həkimlərə əməkhaqqı bonusla veriləcək - yeni qaydalar
İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra həkimlərə əməkhaqlarının verilməsi qaydalarının hazırlanması artıq yekunlaşıb.

Median.Az
trend-ə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda həkimlərə əməkhaqları dərəcələrlə, vahid tarif cədvəli ilə verilir:

"Biz həmin dərəcəni, tarif cədvəlini saxlamaqla, onun üzərinə sabit bir məbləğ əlavə edirik. Bu, o deməkdir ki, tibbi personal xəstəsinin olub-olmamasından asılı olmayaraq, həmin sabit məbləği alacaq. Onun üzərinə də dəyişən məbləğ, başqa sözlə bonus əlavə olunacaq. Bu bonus da xəstənin sayı ilə bağlı olacaq".

Z.Əliyev qeyd edib ki, icbari tibbi sığorta sistminin tətbiqi edildiyi pilot tibb müəssisələrində həkimlərin orta aylıq əməkhaqqı 960 manata çatıb:

"Bu gün həmin müəssisələrdə cərrahlar hətta bütün vergiləri ödədikdən sonra 3000-6000 manata qədər əməkhaqqı alırlar. Bizim məqsədimiz də odur ki, həkimlərimiz həmişə yüksək əməkhaqqı alsınlar. Bu da maliyyə imkanları ilə bağlıdır. Sistem işlək olduqdan sonra, maliyyə mənbələri artıqca həkimlərin də əməkhaqları davamlı olaraq artacaq. Həkimlərə də bildirmək istəyirəm ki, ilk dövrlərdə müəyyən çətinliklər ola bilər. Amma bunu anlayışla qarşılamaq lazımdır".

Son xəbərlər