Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyevdən təklif: AMEA-da birinci vitse-prezident vəzifəsi təsis olunacaq - RƏSMİ

26.12.2019 12:07 2 144
Ramiz Mehdiyevdən təklif: AMEA-da birinci vitse-prezident vəzifəsi təsis olunacaq - RƏSMİ
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə Akademiyanın ümumi yığıncağı keçiriləcək.

AMEA-nın akademik-katibi Əminağa Sadıqovun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib:

“Gündəlikdə dayanan əsas məsələ AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının müzakirə olunmasıdır. Proqram müzakirə olunaraq qəbul ediləcək.

İclasda Prezident İlham Əliyev tərəfindən Akademiyanın qarşısında qoyulan tapşırıq və vəzifələr də müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın hazırkı nizamnaməsi 2014-cü, “Elm haqqında” qanun isə 2016-cı ildə qəbul olunub. Yəni, AMEA Nizamnaməsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması zərurəti də yaranıb. Nizamnamədə dəyişiklik etmək üçün bir neçə səbəb yaranıb. Nizamnamə komissiyası bununla bağlı təkliflər hazırlayıb. Həmin təkliflər ümumi yığıncaqda müzakirə olunacaq.

AMEA-da daimi fəaliyyət göstərən Nizamnamə komissiyası olub. Bu komissiyanın yenidən təşkil olunması üçün obyektiv zərurət yaranıb. İclasda bu məsələ də müzakirə ediləcək”.

Ə. Sadıqov deyib ki, iclasda müzakirə olunacaq sonuncu məsələ Akademiyanın strukturunda dəyişikliyin edilməsidir:

“AMEA-nın vəzifələri kifayət qədər artıb, bu da strukturda müəyyən dəyişikliklər olunmasını zəruri edir. AMEA prezidenti tərəfindən Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və dəqiq elmlər üzrə) təsis olunması təklif ediləcək. Ümumi yığıncaq tərəfindən təklif qəbul edilərsə, dərhal bu vəzifələrə seçki keçiriləcək”.

Son xəbərlər