Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtın artan göydələnləri nə qədər təhlükəsizdir? - VİDEO

25.12.2019 17:44 3 821
Paytaxtın artan göydələnləri nə qədər təhlükəsizdir? - VİDEO
Son illər paytaxtda 15-20-25 və daha artıq mərtəbədən ibarət olan göydələnlər tikilir. Bəs bu tikililər tikilərkən, şəhərin geoloji quruluşu, küləklər şəhəri olması, seysmik cəhətdən fəal zonada yerləşməsi və digər amillər nəzərə alınır?

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Hər bir bina tikiləndə əsas üç amil nəzərə alınmalıdır. Birinci binanın dayanıqlılığı, ikinci onun daşıdığı funksiya və nəhayət, üçüncü amil isə binanın estetik görünüşüdür. Amma son illərdə tikilən bəzi binalarda sonuncu amilin, yəni estetik görünüşün əsas götürüldüyünün, vacib amillərin isə arxa plana keçməsinin şahidi oluruq.

Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirib ki, şəhərsalma, arxitektura məsələlərində coğrafi xüsusiyyətlər, iqlim xüsusiyyətləri nəzərə alınmalıdır:

“Təkcə Bakı yox, Azərbaycan özü seysmik cəhətdən fəal olan ərazidə yerləşir. Bu, nəzərə alınmalıdır. Həmçinin, landşaft xüsusiyətləri də nəzərə alınmalıdır”.

Göydələnlərin böyük şəhərlərin əsas atributuna çevrildiyini deyən ekspertlərin sözlərinə görə, hər bir binanın konstruksiyası nəzəri cəhətdən zəlzələyə və digər təbiət hadisələrinə davamlı olmalıdır.

Memar Aslan Xəlilov isə xatırladıb ki, göydələnlərin ilk materialı kərpic və palçıqdan olub:

“Müasir dövrdə isə dəmir beton konstruksiyalardan istifadə olunur. O tikili konstruksiya elə qurulmalıdır ki, küləyin səmtinə əks istiqamətdə olsun. Onun yerləşdiyi ərazidə sürüşmə meyarlarına da baxmaq lazımdır”.

Son xəbərlər