Bakıda ucuz viskidən zəhərlənən iki nəfər ölüb, bir nəfər kor olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ətin bahalaşmasını necə dayandırmalı? - Ekspert açıqladı  |     22:54 HƏMAS rəhbərliyi İsrailin Dohaya hücumunda xəsarət almayıb  |     22:48 “Gips” zavodu cərimələndi  |     22:42 TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində yoxlama başladı - RƏSMİ  |     22:27 AP: "iPhone"un qiməti 1000 dollar arta bilər  |     22:22 Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir  |     22:14 Bu şəhərin Baş planı təsdiq edildi  |     22:07 "Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil" - Politoloq  |     22:00 Yaponiya dünyanı yenidən şoka saldı: 20 AES gücündə günəş panelləri yaradıldı  |     21:52 Komaya düşən baş həkimin vəziyyəti açıqlandı  |     21:45 "Rezonans" klinikasında pasientin telefonu oğurlandı  |     21:40 Xəstələri əvvəlcə zəhərləyib sonra xilas edən həkimi ömürlük həbs gözləyir  |     21:29 Parisdə məscidin qapısına donuz başları atılıb  |     21:23 Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı  |     21:15 Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!  |     21:08 Tupak Şakurun qətlinin sifarişçisi açıqlandı  |     21:00 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib  |     20:53 Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib  |     20:47 Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb  |     20:46 HAMAS liderləri İsrailin hücumundan sağ çıxıblar  |    

Bakıda ucuz viskidən zəhərlənən iki nəfər ölüb, bir nəfər kor olub

Ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var.

Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və “zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.

Oxu.Az-a daxil olan məlumata görə, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.

“Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - polisdən verilən açıqlamada bildirilir.

Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.

Dekabrın 24-də axşam saatlarındatexniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

İstintaq hazırda bu zəhərlənmələrin səbəblərini araşdırır.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 223 24.12.19 21:01