Mojo.az — elanlar
RU
Son Xəbərlər
12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisindən sürücünün YPX maşını ilə aparılması görüntülərinə MÜNASİBƏT (VİDEO)

24.12.2019 18:43 2 177
Bakı polisindən sürücünün YPX maşını ilə aparılması görüntülərinə MÜNASİBƏT (VİDEO)
Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Bu barədə Bakı şəhər baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib.

Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.

Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib.

Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protolok tərtib olunaraq sərbəst buraxılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Ziya Bünyadov prospektində yol polisi gənc yaşlı oğlanı zorla YPX avtomobilinə əyləşdirməsi barədə məlumat yayılıb.


Son xəbərlər