Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısı 100 yaşlı sakinin doğum günündə - FOTO

20.12.2019 14:45 3 415
İcra başçısı 100 yaşlı sakinin doğum günündə - FOTO
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət edib.

Dekabr ayının 19-da Sonaxanım nənə ilə görüşdə icra başçısı bildirib ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan veteranlara, ahıllara həmişə yüksək qiymət verilib:

“2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyevin 2006-cı il aprelin 17-də təsdiq etdiyi “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin daha bir təzahürü oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlər cəmiyyətdə böyük razılıqla qarşılanır”.

1919-cu ildə doğulan Sonaxanım nənə icra başçısı Elşad Həsənovla söhbət edərkən bildirib ki, “Sovetski” adlanan bu ərazidə, Süleyman Rəhimov küçəsi 7 nömrəli evdə dünyaya göz açıb, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçüb və 84 ildir ki, burada yaşayır. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən nənə bildirib ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır:

“Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”. 4 oğul, 3 qız övladı, 22 nəvə, 44 nəticə, bir kötükcəsi olan Sonaxanım nənə “Qəhrəman Ana” ordeninə layiq görülüb. 1956-cı ildə ömür-gün yoldaşını itirdikdən sonra, övladlarına həm ata, həm də ana olub. Nənənin gənclərə tövsiyəsi də var: “uzunömürlülüyün əsas sirri düzgün qidalanma və insanın daim hərəkətdə olmasındadır”.

Yasamal rayonunun 100 yaşlı ahıl sakini Sonaxanım Bağırovaya Yasamal rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
/oxu.az/






Son xəbərlər