Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Yüksəksürətli internet üçün peyk buraxılıb

18.12.2019 21:07 1 568
Yüksəksürətli internet üçün peyk buraxılıb
“SpaceX” şirkəti göyərtəsində “JCSAT 18/Kacific 1” telekommunikasiya peykinin olduğu “Falcon 9” raketdaşıyıcısının buraxılışını həyata keçirib.
Median.Az
ICTnews-a istinadən xəbər verir ki, layihə Sakit okean regionunda - Asiya və Avstraliyanın cənub sahilləri arasında yerləşən minlərlə adanın sakinlərinə genişzolaqlı internetə çıxışa imkan yaradacaq.

Orada yaşayan əhali əsasən aşağı sürətli internetdən istifadə edir və ya rəqəmli dünyadan təcrid edilmiş şəkildə qalır.

Əksər internet provayderləri nümayəndələrinin fikrincə, regionda internetin çəkilməsi xərcini ödəməyəcək. Onların sözlərinə görə, orada genişzolaqlı rabitəni yalnız okeanın dibi ilə çəkilən mis və ya fiber-optik kabellərlə təmin etmək mümkündür. Lakin onların quraşdırılmasının baha başa gəlməsi səbəbindən əksər şirkətlər qoyulan vəsaitin geri qaytarılmayacağına əmindir.
“SpaceX” raketinin ilk pilləsi əvvəllər həyata keçirilən buraxılışlarda iki dəfə istifadə olunub. Şirkət onu Yerə qaytararaq təkrar istifadəsini planlaşdırsa da, raketin ön müqavimət sipərinin iki elementi suya düşüb. Şirkət əməkdaşları tərəfindən onların tapılaraq növbəti buraxılışlarda tətbiqi nəzərdə tutulur.

Noyabrda “SpaceX” tarixində ilk dəfə istifadə olunmuş ön müqavimət sipəri ilə təchiz edilən “Falcon 9” raketdaşıyıcısını buraxıb. O, kosmosdan internetin paylanılması üçün nəzərdə tutulan “Starlink” sisteminin 60 peykini orbitə çatdırıb. Şirkət 2017-ci ildən ön müqavimət sipərindən təkrar istifadə sayəsində raketin 50 faiz çox tətbiqi üzərində çalışır.скачать dle 11.3
Mojo.az Banner