Mojo.az Banner
19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib

17.12.2019 20:46 2 779
İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib.

Median.Az xəbər verir ki, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd edib. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə bu il Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün əhəmiyyəti vurğulanıb, bu tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi və Özbəkistanın Türk Şurasına tamhüquqlu üzv olması məmnunluqla qeyd edilib. Söhbət zamanı TÜRKPA-nın Bakıda IX plenar iclasının uğurla keçəcəyinə, burada mühüm məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik bildirilib. Vurğulanıb ki, bu tədbir ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini bir daha təsdiq edəcək.скачать dle 11.3
Mojo.az Banner