Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ticarət mərkəzləri niyə sığortalanmır? - VİDEO

16.12.2019 20:28 2 542
Ticarət mərkəzləri niyə sığortalanmır? - VİDEO
Ötən həfə “Eurohome” ticarət mərkəzi və 3-cü mikrorayon bazarı yananda görünən o oldu ki, nə olursa, sahibkara olur. Bəs sığorta? Yəni əgər yanan məhsullar və obyektlər sığortalanıbsa, sahibkar niyə narahatdır? Sığortalanmayıbsa, bu artıq başqa mövzunun araşdırmasını tələb edir.

Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan süjetdə qeyd olunur ki, ötən həftənin əvvəli 21.000 kv.m sahəni əhatə edən “EuroHome” ticarət mərkəzinin yanaraq külə dönməsi ilə yadda qaldı. Həftə bitməmiş isə Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazidə növbəti güclü yanğın baş verdi. Hər iki faktda ən böyük zərbə sahibkarlara dəydi.

Yaranmış vəziyyətdə insanları düşündürən sual: Minimum 100 min manatlıq məhsulun olduğu obyekti hər ay 30 manat verib sğorta etdirmək olmazdımı ki, bu cür bədbəxt hadisə baş verən zaman kompensasiya tələb etmək üçün bir səbəb olsun?!

Sahibkarların demək olar hamısı oxşar fikir söyləyir:

“Sığorta etdirməmişik. Burada heç kim etdirməyib. Çünki burani sığorta etdirmək heç bir sığorta şirkətinə maraqlı deyil. Gəlib baxırlar ki, bura sığorta etmək üçün yararlı deyil”.

Bəs qanun nə deyir? Bəlkə həqiqətən bu cür əmlakların sığortası könüllüdür? 2011-ci ildə verilmiş qərarla belə obyektlərin sığortası icbaridir. Buna görə hətta cərimə məbləği də müəyyən edilib.

Sığorta eksperti Cəmşid Mustafayev deyir:

“Qanun olsa da, tətbiq mexanizmi yox idi. Ona görə də sahibkarlar bundan istifadə edirdi. Mülki məcəllənin 160-cı maddəsinə əsasən əgər qeyri-qanuni tikilidirsə, əmlak haqqında sökülmə qərarı qəbul edilibsə, bu zaman icbarı sığorta tətbiq olunmur. Ancaq sözü gedən obyektdə hər şey qaydasında idi”.

Təyinatından asılı olaraq belə obyektlərdə yanğından mühafizə sistemləri olmalıdır. Ancaq ölkədəki böyük ticarət mərkəzlərində demək olar ki, bu tip halların heç biri nəzərə alınmayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev vəziyyəti belə şərh edir:

“Hər bir obyektdə avtomatik yanğın xəbər edici, avtomatik yanğın söndürmə, tüstü xaric etmə qurğuları, daxili və xarici su təhcizatı sistemləri olmalıdır. Eyni zamanda sahibkar obyektini icbari sığorta etdirməlidir ki, yanğından sonra konpensasiya ala bilsin”.

Hər halda problemin həlli qəliz deyil. Bununla bağlı kifayət qədər anlayışlı şəkildə yazılmış qanun da var. Sadəcə adiyyəti qurumlar qəbul olunmuş qərarın tətbiqinə vaxtında başlamalıdırlar.


Son xəbərlər