Mojo.az Banner
20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     20:42 Azərbaycan güləşində möhtəşəm nəticə: İki idmançımız finala yüksəldi  |     20:23 Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi  |     20:14 Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə dronlarla hücum ediblər  |     19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |     19:01 Günəşdə ay ərzində ən güclü partlayış baş verib  |     18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |    
Left Banner
Right Banner

Mehriban Əliyevanın sayəsində bizim üçün hər cür rahatlıq təmin edilib - “Ümid yeri” uşaq sığınacağından reportaj - FOTO

14.12.2019 18:07 1 634
Mehriban Əliyevanın sayəsində bizim üçün hər cür rahatlıq təmin edilib - “Ümid yeri” uşaq sığınacağından reportaj - FOTO
İyunun 13-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində "Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib. 1997-ci ildə təsis olunan uşaq sığınacağında 18 yaşınadək uşaqlar yaşayır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmaları və təhsil almalarına dəstək göstərilir.

Yeni binada oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələr yaradılıb. Bütün otaqlar müasir avadanlıqlarla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət və əyləncə zonaları, eləcə də yeməkxana yaradılıb.

Trend-in müxbirləri uşaq sığınacağına baş çəkiblər.

"Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimova Trend-ə bildirib ki, tapşırıq o qədər sürətlə icra edildi ki, uşaq sığınacağının miskin görkəmindən əsər-əlamət qalmadı: "Bizim üçün yeni korpuslar tikildi, öz köhnə binamız yenidən quruldu. 53 nəfər uşağın rahat yaşaya biləcəyi gözəl, müasir bir bina bizim istifadəmizə verildi. Biz hər gün bu evdə uşaqlı-böyüklü Mehriban xanıma dua edirik. Dua edirik ona görə ki, biz artıq əvvəlki çətinliklərlə yaşamırıq, qarşılaşmırıq. Çox rahat yaşayırıq. Uşaqların çox rahat və isti yataq yerləri, gözəl mebel təminatımız, mətbəx şəraitimiz var. Çox gözəl əmək emalatxanamız var ki, uşaqlar asudə vaxtlarını orada çox səmərəli keçirirlər. Xalça və tikiş dərnəyimiz fəaliyyət göstərir. Burada çox istedadlı uşaqlarımız var. Bu şərait həm də ona imkan verir ki, biz o istedadlıları kəşf edə və inkişaf etdirə bilək. Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində bizim üçün hər cür rahatlıq təmin edilib".

N.Mənsimova xüsusi qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın binanın açılışında şəxsən iştirak etməsi "Ümid yeri” üçün tarixi bir hadisədir: "Həmin gün bizim üçün çox əlamətdar, sevincli bir gün idi. Bilirsiniz ki, Mehriban xanım bizə qədər "Yeni Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində çoxlu sayda uşaq evlərini, məktəbləri, internat məktəblərini yeniləyib. Biz də həmişə o məktəblərə, o uşaq evlərinə həsədlə baxırdıq. Deyirdik ki, kaş bir gün Mehriban xanım bura da gələydi, onlar üçün yaradılan gözəl şərait bizim üçün də yaradılaydı...".

"Ümid yeri” uşaq sığınacaq mərkəzinin musiqi müəlliməsi Samirə Tağıyeva istedadlı uşaqların inkişafı üçün burada yaradılan imkanlardan söz açıb: "Uşaqların konsertlərə, birgə çıxışlara, tədbirlərə çox ehtiyacları var. Onlar belə tədbirlərdə daha çox inkişaf edirlər. Bu sığınacaq mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə tikiləndən sonra burada vəziyyət tamamilə dəyişdi, uşaqlar, işıqlı, təmiz və isti otaqlarda dərs keçirlər. Bütün müəlimlərin və uşaqların adından Mehriban xanım Əliyevaya böyük təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çünki həqiqətən o, bu binanı tikməklə bizə çox böyük dəstək olub, kömək edib”.


İbtidai sinif müəllimi Samirə Nağıyeva deyib ki, "Ümid yeri" uşaqlar üçün gözəl və səliqəli sığınacağa çevrilib: "Şagirdlərimiz dərs sisteminə hazırdırlar. Mənim sinifim qarışıq sinifdir – uşaqların yarısı əvvəllər təhsildən yayınanlar, yarısı da ibtidai sinifə hazırlaşanlardır. Dərsdən sonra da onların tədrisinə yardım etməyə çalışıram. Sığınacağımızın kollektivi adından şəxsən Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk ki, bizə belə gözəl şərait yaradıb, hər cür ləvazimatlarla təmin edib".

"Ümid yeri”nin əməkdaşı Fərid Hüseynzadə qeyd edib ki, 10 il müddətində bu sığınacaqda yaşayıb və buranın məzunu olub: "Hazırda burada işlə təmin olunmuşam. Mütəmadi olaraq, lazım olan bütün işlərdə sığınacağa köməklik göstərirəm. Burada belə gözəl bina tikdirdiyi, eləcə də uşaqların hər bir şəraitlə təmin edildiyinə görə Heydər Əliyev Fondu və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya təşəkkür edirik”.

Sonda isə sığınacaqda yaşayan uşaqlardan biri Birinci vitse-prezident Mehriban Əliyevaya ən səmimi təşəkkürlərini ifadə edib: "Bu binanı yaratdığına görə Mehriban xanıma təşəkkürlərimi bildirirəm, çoxlu-çoxlu öpürəm".






скачать dle 11.3
Mojo.az Banner