Rövnəq Abdullayev: 2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Tələbələrin köçürülməsi prosesinə start verildi  |     19:48 Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər  |     19:36 Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     19:30 "İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı  |     19:17 Tofiq Bəhramov adına Respublika stadionu ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib  |     19:13 Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?  |     19:02 Tofiq Musayev yenə UFC-də döyüşəcək - tarix açıqlandı  |     19:00 "Lion"un aşağı liqaya düşmə qərarı ləğv edilib  |     18:33 Rusiya Azərbaycanın iki müəssisəsinin süd məhsullarının idxalına qadağa qoydu  |     18:15 Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib  |     18:13 Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər - Video  |     18:07 Bakıda iş adamının iki villası qarət edildi: Yarım milyon manatdan artıq oğurluq  |     18:06 Hindistandan Rusiyaya bir milyon əmək miqrantı köçəcək  |     17:20 "Sumqayıt" azarkeşlərinə ŞAD XƏBƏR  |     16:50 Hacıqabul şəhərinin bir hissəsi QAZSIZ QALACAQ  |     16:35 Rusiya ordusu Donetsk vilayətində yaşayış məntəqəsini işğal etdi  |     15:34 Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar  |     14:40 Trampın Netanyahu ilə görüşünün təfərrüatı məlum oldu  |     14:34 2025-ci ildə 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq  |     14:27 Astarada 650 abonentin qaz təchizatı dayandırılacaq  |    

Rövnəq Abdullayev: 2020-ci ildən səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırırıq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn ildən platformalarında səmt qazının yandırılmasını sıfıra endirməyi planlaşdırır.

Report xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “S&P Global Platts”a müsahibəsində bildirib.

SOCAR-ın prezidenti qeyd edib ki, şirkət neft hasilatında səmt qazının şamda yandırılmasının məhdudlaşdırılması daxil olmaqla, ətraf mühit siyasətindən iqtisadi mənfəət əldə edib:

“Platformalarımızda səmt qazının şamda yandırılmaq əvəzinə toplanılması nəticələri kifayət qədər nəzərəçarpandır. Bu, həm ətraf mühitin qorunması, həm də SOCAR üçün əlavə gəlir mənbəyi olmaq baxımından əlverişlidir”.

O qeyd edib ki, SOCAR-ın platformalarında toplanmış səmt qazının həcmi ümumi illik qaz hasilatının 15 faizini təşkil edir. R.Abdullayevin sözlərinə görə, 2020-ci ildən etibarən səmt qazının yandırılmasının sıfıra endirilməsi planlaşdırılır.

“Gələn ildən etibarən SOCAR-da səmt qazının yandırılması sıfıra endiriləcək. Bu, 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsündə iştirak edən digər şirkətlərlə müqayisədə bizə üstünlük verəcək. Elə bu misaldan da göründüyü kimi, ekoloji proqram həm istehsalat, həm də biznes dayanıqlılığına töhfə ola bilər. Davamlılıq bir şirkət olaraq bizim üçün daha əhəmiyyətli olmağa başlayıb”, - SOCAR prezidenti əlavə edib.

Avropada üzvi yanacaq olaraq təbii qaza qarşı neqativ münasibətlə bağlı şirkətin mövqeyinə gəlincə o bildirib ki, Avropanın enerji balansında təbii qaz hələ də əhəmiyyətli rola malikdir:

“Biz şirkət olaraq təbii qaza qarşı yönələn kütləvi bir etiraz müşahidə etmirik. İctimai etiraz daha çox ümumilikdə üzvi yanacaqların ifrat istifadəsinə qarşı yönəlir. Bunlar ümumi mülahizələrdir, lakin korporativ perspektivdən yanaşanda Azərbaycanın təbii qazının satışı ilə bağlı hər hansı narahatlığımız yoxdur. Biz ən yüksək təhlükəsizlik və ətraf mühit standartlarına cavab verən Cənub Qaz Dəhlizini, demək olar ki, tamamlamışıq”.

R.Abdullayev vurğulayıb ki, Avropa Komissiyasının sifarişi ilə aparılmış tədqiqatların nəticələrinə görə, Avropanı qazla təchiz edən mənbələr arasında Azərbaycan qaz yataqlarından istehlak bazarına qədər olan zəncirdə ən aşağı emissiya yaradan mənbə hesab edilib:

“Biz Avropanın aparıcı şirkətləri ilə qaz satışına dair 25 illik müqavilələr imzalamışıq. Alıcılarımızı bizim məhsullarımızla bağlı hər hansı çətinlik gözləmir, çünki proqnozlara görə Avropada yerli hasilat ilə tələbat arasındakı boşluq böyüməkdədir”.

Bundan başqa, SOCAR-ın prezidenti qeyd edib ki, şirkət karbon emissiyalarının yığılması, istifadəsi və saxlanılması layihələrini emissiyaların azaldılmasının yolu kimi görür.

O məlumat verib ki, SOCAR-ın uzunmüddətli hədəfi sıfır emissiyalı şirkət olmaqdır və buraya hibrid maşınlar və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələri kimi ekoloji baxımdan daha sərfəli nəqliyyatdan istifadə daxildir.

“SOCAR istehsal zəncirinin müxtəlif seqmentlərində yaranan karbon emissiyalarının yığılması, xammal kimi istifadəsi və yeraltı laylara vurulması üzrə müxtəlif layihə ideyalarını nəzərdən keçirir. Metanol zavodumuzda yanma prosesində alınan CO2 emissiyalarının təkrar istifadəsi üçün avadanlıqlar və on-line monitorinq sistemi yaradılıb.

Bəzən ictimai diskurs enerji mənbələri arasında fərqi nəzərə almır, neftin və qazın yanacaq olmaqdan başqa rolları da diqqətdən kənarda qalır. Biz bir neçə ildir, neft-kimya sənayesinə intensiv sərmayələr qoyuruq. Plastik kütlələr, gübrələr, rezin, dərman preparatları kimi istehlak mallarının istehsalını kimyəvi xammalla təmin edirik. Neft-kimya sənayesinin xammala olan tələbatını isə neftçıxarma sənayesi təmin edir.

Biz ətraf mühiti çox çirkləndirən və nisbətən az çirkləndirən üzvi yanacaqlara qoyulan məhdudiyyətləri də fərqləndirməliyik. Bu fərqləndirmə olmasa, enerji səbətində mazut və kömür kimi ətraf mühiti daha çox çirkləndirən, lakin nisbətən daha ucuz olan yanacaqların daha təmiz alternativ olan təbii qaza nisbətən çəkisinin artması ekoloji riskdir.

SOCAR beynəlxalq ekoloji hərakat çərçivəsində üzərinə həm də təşəbbüskar və aparıcı qüvvələrdən biri kimi əlavə rol götürüb. Məsələn, SOCAR qısa müddət əvvəl iqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının roluna həsr olunmuş konfransın təşkilatçısı olub”, - SOCAR-ın prezidenti qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 864 13.12.19 11:52