Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması görüntüləri ilə bağlı RƏSMİ AÇIQLAMA

12.12.2019 19:56 1 743
Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması görüntüləri ilə bağlı RƏSMİ AÇIQLAMA
İnternet xəbər saytlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktla bağlı bildirir ki, 11.12.2019-cu il tarixdə, Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmayıb və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb. Nəhayət, paytaxtın “20 Yanvar” dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov, burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar edib və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.

Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülüb və hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.

Son xəbərlər