Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni açılacaq radio üçün 5 iddiaçı var

12.12.2019 18:47 1 585
Yeni açılacaq radio üçün 5 iddiaçı var
Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatıb.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, müsabiqə çərçivəsində 5 iddiaçı Şuraya sənədlərini təqdim edib. Sənədlərin qəbul olunması ardıcıllığı ilə həmin iddiaçıların adlarını təqdim edirik:

“Real Təhlil və İnformasiya Mərkəzi” MMC
“TV Media Azerbaijan” MMC
“Balans Studiyası” MMC
“İNS ÇM” MMC
“OMD Azerbaijan” MMC

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Son xəbərlər