Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

ANS ÇM-in yerləşdiyi tezliyi bu şirkətlər almaq istəyir - SİYAHI

11.12.2019 20:17 1 710
ANS ÇM-in yerləşdiyi tezliyi bu şirkətlər almaq istəyir - SİYAHI
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə qatılan şirkətlərin sayı artıb.

Bunu "report”a açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, daha bir şirkət sənədlərini MTRŞ-a təqdim edib: "Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 5-ə çatıb.

Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir".

MTRŞ iddiaçıların adlarını rəsmi şəkildə açıqlamayıb.

Qeyd edək ki, sözügedən tezlik üzrə MTRŞ-a müraciət edən şirkətlərin 4-nün adı mətbuata məlum olub. Belə ki, həmin şirkətlər "Balans Studiyası”,"İNS ÇM” MMC, "Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və "TV Media Azərbaycan”dır.

Xatırladaq ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sabah saat 18:00-da sənəd qəbulu başa çatacaq.

Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək.

Son xəbərlər