Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi

09.12.2019 19:21 1 577
Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi
Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Nazirliyin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib:

Nazirlikdən məlumat verilib ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi, korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib:

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”.

Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənovun Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşündə Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edilmiş, hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanmışdı.

Son xəbərlər