Bakıda ölüm hadisəsi baş verib.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbənin Şıxlar adlanan ərazisində yaşayan Sevda Xaliqova və oğlu, 2002-ci il təvəllüdlü Kamran Xaliqov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.