Azərbaycanda davam edən islahatlar kontekstində növbədənkənar parlament seçkiləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:21 Oğuzda qəzada yaralanan qadı xəstəxanada öldü  |     22:56 Bakının iki rayonunda su kəsiləcək  |     22:43 ABŞ və Rusiya yığmaları qarşılaşa bilər - AÇIQLAMA  |     22:38 Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar  |     22:31 Lənkəranda qəza: Sürücülər yaralandı  |     22:26 Qüdsdəki terror aktının görüntüsü (Video)  |     22:21 Rusiyada Arbitraj Məhkəməsinin hakimi intihar etdi  |     22:13 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     22:05 Rusiyada daha bir azərbaycanlı saxlanıldı (VİDEO)  |     21:57 "Artıq villanı satmıram" - Alim Qasımov  |     21:51 Ukrayna 122 min insanı səfərbər edəcək  |     21:44 Tələbə yataqxanalarında qiymət və şərait necədir? - VİDEO  |     21:39 Ermənistan və Slovakiya Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə edib  |     21:30 Su polisi Xəzərdə strateji obyektlərin yaxınlığında brakonyerlik edən şəxsi saxlayıb  |     21:24 Fransada 16 yaşlı idmançı yarış vaxtı ölüb  |     21:17 Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək  |     21:12 Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb  |     21:05 Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatıb - Video  |     20:59 Həftəsonu ictimai-iaşə obyektlərində monitorinqlər keçiriləcək  |     20:50 Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilib  |    

Azərbaycanda davam edən islahatlar kontekstində növbədənkənar parlament seçkiləri

Yaxın bir neçə ayda Azərbaycanda erkən parlament seçkiləri keçiriləcəyi gözlənilir. Bu, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının təcili iclasında Milli Məclisin ləğvi barədə qərar verildiyi zaman məlum olub.

Bu ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı şayiələr gəzirdi. Azərbaycan Prezidenti İlham Əliyevin payız aylarında respublikanın Nazirlər Kabinetinin tərkibinin yenilənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərlə əlaqədar bu ehtimal xeyli artdı.

Prinsipcə, bu prosesin başlanğıcı 2018-ci ilin aprelində, növbədənkənar prezident seçkilərindən sonra yenidən dövlət başçısı seçilmiş İlham Əliyevin hakimiyyətdə kadr dəyişiklikləri həyata keçirməyə başladığı vaxt qoyulub.

Belə ki, uzun illər Baş nazirin postunda olan Artur Rasizadə öz postunu Novruz Məmmədova verdi. Bir sıra nazirliklərin rəhbərliyində gənc, perspektivli kadrlar meydana çıxdı. Hökumət strukturunda dəyişikliklər oldu.

Son prezident seçkilərindən il yarım sonra, Azərbaycanın fəal inkişaf edən iqtisadiyyatı ölkədə iqtisadi proseslərin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edib.

Və Prezident peşəkar iqtisadçı Əli Əsədovu hökumət başçısı təyin edir. Bu istiqamətdə növbəti addım hakimiyyətin gəncləşməsinin başlanğıcı oldu.

İlham Əliyev Azərbaycanda həyatın müxtəlif sahələrində aparılan islahatların daha yüksək səmərəliliyini təmin etmək üçün dövlət strukturlarının kadrlarının yenilənməsinin zəruriliyini bir daha bəyan etdi.

Ölkə Prezidentinin sözlərinə görə, həyat davam edir, ölkədə yeni tələblər yaranır, buna görə 70 yaşına çatmış dövlət xadimləri gənc nəslə yol verməlidirlər. Bu, Azərbaycanın daha uğurlu inkişafını təmin etmək üçün zəruridir.

Bunun ardınca çoxsaylı kadr dəyişikliyi baş verdi. Yaşı tamam olan məmurlar ya istirahətə getdilər və ya başqa vəzifələrə təyin edildilər.

Dövlət qurumlarında baş verən kadr dəyişiklikləri ilə əlaqədar erkən parlament seçkilərinin keçirilməsinə ehtiyac duyulurdu.

Hansı yöndən baxsaq, bu addım zamanın tələbindən irəli gəldiyini görərik, çünki Milli Məclisin çox sayda deputatının yaşı 70-i keçib. Üstəlik, Azərbaycanın qanunverici orqanının bəzi üzvlərinin 15-20 illik və daha çox müddətdə deputat mandatı var.

Ölkədə həyata keçirilən islahatlar, o cümlədən, kadr sahəsində keçirilən islahatlar üçün bütün təqvim ili böyük nailiyyətdir. Həqiqətən, 2020-ci ilin noyabr ayında növbəti parlament seçkiləri keçirilməli idi. Erkən seçkilər daha əvvəl sınaqdan keçirilmiş gənc kadrların dövlət quruculuğu prosesinə qoşulmasına imkan verəcək.

Bu məsələdə hər gün qızıl dəyərinə bərabərdir. Gənc millət vəkili köhnə həmkarlarından fərqli olaraq, daha çevik, daha fəaldır, mövcud tendensiyaları daha yaxşı bilir, dövlətin və cəmiyyətin üzləşdiyi problemlərin həllində daha aktivdir.

Buna görə də Milli Məclisdə kadr dəyişikliklərinin aparılması respublikanın digər dövlət qurumlarına nisbətən, bəlkə də, daha aktualdır. Axı qanunvericilik fəaliyyəti bəzən daha yaradıcı yanaşma tələb edir. Bundan əlavə, ölkə əhalisinin parlamentdə “köhnə” yox, yeni kadrlar görmək istədikləri sirr deyil. Seçki məntəqələrinə gələn Azərbaycan vətəndaşları böyük həvəslə gənclərə səs verməyə hazır olacaqlar.

Respublikada sabitliyin bərpası müxtəlif ölkələrin və beynəlxalq şirkətlərin ölkəmizə olan diqqətinin artmasına şərait yaratdı. Azərbaycana investisiya axını cəlb edildi. İlk dövlət proqramları başladıldı. İlk dövlət proqramlarına start verildi. Bütün bunlar respublikada həyatın müxtəlif sahələrində aparılan islahatlar sayəsində mümkün oldu. Ancaq necə deyərlər, zaman yerində dayanmır. Zaman keçdikcə yeni geosiyasi və geoiqtisadi reallıqlar, onlarla birlikdə isə müvafiq təhdid və təhlükələr meydana gəlir.

Bu gün Azərbaycanın uğurlu inkişafını bundan sonra da davam etdirməsi üçün ötən illərin təcrübəsinə əsaslanan yeni bir yanaşma tətbiq etmək lazımdır. Demək ki, sosial, siyasi, iqtisadi, bank və mədəni sahələrdə islahatlar davam etməlidir. Bütün bunları isə müasir, müstəqil Azərbaycanın formalaşması illərində məktəb skamyası arxasında oturanlar həyata keçirməlidir.

Yuxarıda qeyd edildiyi kimi, yaşlı nəsli əvəz etmək üçün gələn gənc kadrlar uğurlu karyera qurmağı bacarmaları ilə kifayətlənməməlidir. Azərbaycanın ən aktual vəzifəsi hələ də ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması zərurəti, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi məsələsi olaraq qalmaqdadır.

Bu məqsədə yaxınlaşmaq üçün ölkə həyatının bütün sahələrinin uğurlu inkişafını təmin etmək, yalnız ölkənin hərbi qüdrətini artırmaq deyil, eyni zamanda, uşaqlarımız üçün məktəb və universitet təhsilinin daha müasir və müvafiq mexanizmlərini tətbiq etmək lazımdır. Buna görə də Milli Məclisin növbəti - altıncı çağırışının deputatları Azərbaycanın milli və dövlət maraqlarını təmin etmək üçün bütün bilik və bacarıqlarından istifadə etməlidilər.

Onlar ölkənin enerji infrastrukturunun fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul etməli olacaqlar. Heç kimə sirr deyil ki, əlverişli geostrateji mövqeyə malik Azərbaycan ərazisi müxtəlif malların, o cümlədən, enerji resursları və müdafiə təyinatlı məhsulların tranziti üçün istifadə olunur və bundan sonra da istifadə olunacaq.

Qoşulmama Hərəkatınına rəhbərlik edən Azərbaycan üçün parlamentlərarası müstəvidə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi xarici dilləri səlis bilən və elmin müxtəlif sahələrində biliklərə sahib olan xalqın seçdiyi insanların təmsil etməsi çox vacibdir. Gənc kadrlar qarşısında eyni zamanda Azərbaycanın bu gün yaşadığı post-neft dövründə iqtisadiyyatın qeyri-neft sektorunu da uğurla inkişaf etdirmək vəzifəsi dayanır.

Yuxarıda göstərilənlərin hamısı o deməkdir ki, parlamentdə müasir dünyagörüşü olan və Azərbaycanın milli maraqlarının təmin olunması naminə xidmət etməyə hazır olan yeni yüksəkixtisaslı kadrların meydana çıxmalıdır.

Belə bir şəraitdə bütün il deputat heyətinin yenilənməsini gözləmək yolverilməzdir. Axı heç kimə sirr deyil ki, “köhnəlmiş” kadrlar korpusu Prezident İlham Əliyevin müəyyənləşdirdiyi mütərəqqi tapşırıqların icrasını çatdırmayaraq, bir çox hallarda ölkədə aparılan islahatları ləngidir./oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 061 28.11.19 18:51