Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Vilayət Eyvazov Pərvin Abıyeva ilə görüntüləri yayılan polisi işdən çıxardı - RƏSMİ

28.11.2019 18:19 3 233
Vilayət Eyvazov Pərvin Abıyeva ilə görüntüləri yayılan polisi işdən çıxardı - RƏSMİ
Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.

Median.Az apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb: ""Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.

Məlumatda həmçinin qeyd olunur ki, "Polis haqqında” Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Son xəbərlər