Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

“İçkili idim, dostumun sözünə aldandım” - Həbs olunduğuna sevinən məhkum - VİDEO

28.11.2019 16:07 2 802
“İçkili idim, dostumun sözünə aldandım” - Həbs olunduğuna sevinən məhkum - VİDEO
Median.Az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə İran İslam Respublikasının vətəndaşı olan Məhərrəməli Qəvirpur öz həyat hekayəsini danışıb.

Məhərrəmli Qəvirpur - Məhkum (13 il 6 ay): "Astara şəhərində doğulmuşam, İran vətəndaşıyam. İranda kran sürücüsü olmuşam. Dostumun sözünə aldanmışam, daha çox pul qazanmaq üçün dedilər gedək sərhəddə, gəldim, məni narkotik maddə ilə tutdular. 6 kq narkotik vasitə ilə sərhəd xidmətinin əməkdaşları məni yaxalayıb məhkəməyə verdilər.

Dostum telefonla danışırdı, Azərbaycandan olan bir nəfərlə danışırdı ki, malı bizdən götürsün. Yolu tanımırdıq, çayı keçdik, dedilər ki, çayın digər tərəfində sizi gözləyirik. Çayı keçəndən sonra sərhəd xidmətinin əsgərləri ilə qarşılaşdıq və yaxalandıq. Çantamızda qarışıq mallar var idi, tiryək, kakos və s. Mənə 4 ay sanksiya tətbiq etdilər, sonra Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsinə verildi işim. Orada 13 il yarım iş kəsildi.

Həbs olunandan 3 ay sonra Kürdəxanıya gətirildik, oradan ailəmə zəng etdim, həbs olunduğumu bildirdim. Ailəm də məndən incidi ki, sən bu yolun yolçusu deyilsən, niyə belə bir iş görmüsən. Yanıma gəlmirlər, 15 gündən bir zəng edib danışıram.

Həbs olunanda piyan idim. Qonaqlıqda idim, içmişdim. Dostum zəng etdi ki, gəl yoldaşlı gedək, mən də içkili vəziyətdə gəldim və yaxalandım. Hər bir insanın səhvi olur, mənim də səhvim məni yıxdı.

Cəzaçəkmə müəssisəsində aşbaz işləyirəm. Menyuda nə varsa hər birini bişirirəm. Burada mənə də hörmətlə yanaşırlar. Hamımız azərbaycanlıyıq, hər zaman hörmətimi saxlayırlar, yeri gələndə dəstək olurlar mənə.

Həbs olunmağıma həm də sevinirəm, sevinirəm ki, məni həbs etdilər 6 kq narkotik vasitə yaxalandı, yoxsa camaatın balaları zəhərlənərdi. Həm də pis oluram, pis oluram ki, belə bir çirkaba batmışam, 13 il yarım azadlığımı itirmişəm.

Allah ömr versə, həbsxanada ölməsəm, sağ qalsam, azadlığa çıxıb nəvələrimin yanına gedəcəm. Ölkə başçısından, Ədliyyə nazirindən xahiş edirəm ki, bizi öz ölkəmizə ekstradisiya etsin, gedib cəzamızı öz ölkəmizdə çəkək. Mən törətdiyim əmələ görə də öz ailəmdən, yaxınlarımdan üzr istəyəcəm, səhv etmişəm, çox peşmanam, bağışlasınlar məni".

Son xəbərlər