Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

İqbal Ağazadənin evinə basqın edildi

27.11.2019 14:55 2 058
İqbal Ağazadənin evinə basqın edildi
"Ümid” Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin evinin əsas elektrik xətti xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıb.

Bu barədə İ.Ağazadə özünün "Facebook” səhifəsində yazıb.

O bildirib ki, hadisə bir ay yarım bundan qabaq baş verib.

Partiya sədri qeyd edib ki, noyabrın 27-də gecə saatlarında da qəfil işıqları sönüb.

"Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım.

Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum”, - deyə o əlavə edib.

İ.Ağazadə bildirib ki, həmin şəxs milliyyətcə rus, idmanla peşəkar məşğul olduğunu deyən birisi idi.

"Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə, susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi Xətai rayon 37-ci Polis Bölməsinə təhvil vermişəm”.

Sabiq deputat hüquq-mühafizə orqanlarından, xüsusilə Daxili İşlər naziri Vilayət Eyvazovdan hadisənin peşəkar araşdırılması üçün lazımi tapşırıq verilməsini xahiş edib.

Son xəbərlər