Tovuz sakinindən odlu silah götürülüb.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Alıyev saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.