Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəhşətli qətlin "namus"la heç bir əlaqəsi yox imiş

25.11.2019 23:00 1 560
Dəhşətli qətlin
Ötən gün axşam saatlarında Abşeron rayonunda 20 yaşlı qadın Aytən Fərzalıyeva ana və bacısının qəbri üstündə qardaşı tərəfindən qətlə yetirilib. Artıq faktla bağlı cinayət işi açılıb.

Qətlə yetirilən həmin qadın bir neçə il öncə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olub.

Median.Az bildirir ki, Birlik sədri K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında qətlə yetirilən qadın haqda danışıb: "Aytənin anası və bacısı 2014-cü ildə ailə münaqişəsi zəmnində intihar etmişdilər. Aytən də bununla bağlı prokurorluqda ifadə verərək bildirmişdi ki, belə bir hadisənin baş verməsinə səbəbkar atasıdır. Baş verən bu hadisədən sonra Aytən bizim sığınacağa yerləşdirilmişdi. Çox yaxşı qız idi. 2014-2016-cı illərdə bizim sığınacaqda qaldı, sonra dedi ki, yox getmək istəyirəm".

"Bir müddət sonra o, Ümid adlı bir oğlanla qeyri-rəsmi münasibətdə oldu, qaynanasının həyətində kirayədə qaldılar. Qadın işə getmək üçün övladına dayə tutmuşdu. Neçə dəfə ona demişdim ki, gəl yanıma, burada qal, uşağa da baxaq. O isə həmişə deyirdi, ümid edirdi ki, öz ayağı üzərində dura biləcək", - deyə o, əlavə edib.

K.Ağazadənin sözlərinə görə, qətlə yetirilən qadının atası 4 il idi ki, həbs olunmuşdu, yenicə azadlığa çıxıb: "Qız qardaşı ilə əlaqə yaradaraq ata evində onun da haqqının olduğunu söyləyirdi. Sonradan isə belə bir hadisə baş verdi. Amma bu ölümdə namus söhbəti yoxdur".

Birlik sədrinin sözlərinə görə, qətlə yetirilən qadının münasibətdə olduğu adam da hazırda ortalıqda yoxdur.

Qeyd edək ki, qətlə yetirilən A.Fərzalıyevanın 20 yaşı vardı, onun övladı 8 aylıqdır.

Xatırladaq ki, 25 noyabr BMT tərəfindən Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu məqsədlə bu gün Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyasına start verilib.

Son xəbərlər