Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Avstraliyada ŞOK əməliyyat: Azərbaycandan göndərildiyi iddia olunan 5.6 milyon dollarlıq narkotik tutuldu

23.11.2019 15:20 1 395
Avstraliyada ŞOK əməliyyat: Azərbaycandan göndərildiyi iddia olunan 5.6 milyon dollarlıq narkotik tutuldu
Avstraliyada Azərbaycandan göndərildiyi iddia edilən külli miqdarda narkotik vasitə ələ keçirilib.

Media.Az xəbər verir ki, Yeni Cənubi Uels ştatının polis idarəsindən açıqlanan məlumatda qeyd edilib ki, insident nəticəsində həbs olunan 48 yaşlı kişidən ümumi dəyəri 5.6 milyon dollar olan metamfetamin və ya jarqonda “buz” adlandırılan stimullaşdırıcı narkotik təsirə malik maddə götürülüb.

Yerli polis bildirib ki, sərhəd məmurları bu ilin sentyabr ayının 8-də Azərbaycandan gələn və içində pərdə olduğu bildirilən yükə baxış keçiriblər. İlk etapda çantada həqiqətən də beş ədəd pərdə olduğu məlum olub.

Amma daha sonra onlardan birini kəsiblər və içində hansısa yumşaq maddə olduğu aşkarlanıb. Yoxlamalar göstərib ki, pərdələrin arasında metamfetamin maddəsi keçirilmək istənib.

Məlumatda qeyd olunub ki, hər pərdənin içərisində təxminən 1.5 kq dərman olub.

Ümumilikdə 7.5 kq-a yaxın narkotik maddənin “qara bazar”dakı dəyəri 5.6 milyon dollar həcmində qiymətləndirilir.

Polis araşdırmasından sonra 25 sentyabr 2019-cu ildə Kastl Hill sakini 48 yaşlı kişi saxlanılıb. O, Feyrfild Polis Bölməsinə aparılıb. Yerli polis tutulan şəxsin adını açıqlamayıb, amma Avstraliyanın “The Sydney Morning Herald” qəzeti yazıb ki, bu Kastl Hill sakini Art Zahedidir.

Bir gün sonra Feyrfild məhkəməsi saxlanılan şəxsin zaminlə azadlığa buraxılmasından imtina edib və onun məhkəməsi davam etdiriləcək.скачать dle 11.3

Son xəbərlər