Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranın Balıqçılar qəsəbəsində səyyar qəbul keçirilib

21.11.2019 19:38 1 532
Lənkəranın Balıqçılar qəsəbəsində səyyar qəbul keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı noyabrın 20-də rayonun ən ucqar yaşayış məntəqələrindən olan Balıqçılar qəsəbəsində səyyar qəbul keçirib.

"Report" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar.

Səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri, arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər əlaqədar məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb etdiyindən nəzarətə götürülən bəzi məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Səyyar qəbulların keçirilməsindən razı qaldıqlarını bildirən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən tədbirləri yüksək dəyərləndiriblər. Çıxışlarda ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə, xüsusilə çətin təbii şəraitə və iqlimə malik Balıqçılar qəsəbəsinin başdan-başa qazlaşdırılmasına, magistral yolun asfaltlanmasına, elektrik enerjisinin fasiləsiz verilməsinə, əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən digər işlərə görə ölkə rəhbərliyinin ünvanına çoxsaylı minnətdarlıqlar ifadə olunub.

Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin prioritet istiqamətini təşkil edir. İcra aparatında keçirilən qəbullarla yanaşı, icra başçısı sakinlərin rahatlığı üçün qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq, yerlərdə də səyyar qəbul-görüşlər keçirib mövcud problemlərlə yerindəcə tanış olur və həllindən ötrü tədbirlər müəyyənləşdirir.

Son xəbərlər