Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” — Komitə sədrinin 70 yaşlı müavini

16.11.2019 21:00 1 546
“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” — Komitə sədrinin 70 yaşlı müavini
"Son təyinatlarda məqsəd heç də yaş məsələsinin qabardılması deyil. Proses belədir: məsələn, mənim yaşım çatıb və müraciət edirəm ki, artıq işləyə bilmirəm, istirahətə getmək istəyirəm. İndi burada nə var ki?!".

Median.Az
bildirir ki, bunu Etikxeber.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, sabiq icra başıçısı və hazırda 70 yaşı olan Sədaqət Qəhrəmanova son kadr təyinatları ilə bağlı yaşlı nəsil nümayəndələrinin bəzi media orqanlarında və sosial şəbəklərdə hədəf alınmasına, özünün istefa ərizəsi yazıb-yazmayacağına münasibətini bildirərkən deyib.

“Yəni, dövlətin qurulmasında, dövlət quruculuğunda, cəmiyyətin formalaşmasında yaşlı nəsil də lazımdır, gənc nəsil də lazımdır. Dövlət başçısı özü də bu yaxınlarda iki gənc icra başçısını qəbul edərkən bu barədə öz fikirlərini söylədi”– deyən S. Qəhrəmanovanın sözlərinə görə, insanlar, ölkə vətəndaşları, media təmsilçiləri bu məsələləri kampaniya xarakteri daşıyan məsələlər kimi qəbul etməməlidirlər.


“Bu gün bizim elə yaşlı kadrlarımız var ki, onların sözünə ehtiyac var, onların nüfuzuna ehtiyac var. Onlar bir dəfə çıxıb kütlə qarşısında görünəndə onun özünün böyuk təsiri, effekti olur.

Bilirsiniz, insanın formalaşması, cəmiyyətin doğru məcraya yönəlməsi məsələsi bir ideologiya məsələsidir.

Bu ideologiyanı da formalaşdıran həm bizim güclü, təcrübəli, yaşlı nəsildən olan insanların sözünə ehtiyac var, həm də bugünkü gənc nəsil nümunəsinə ehtiyac var. Ona görə bunu belə anlamaq lazımdır. Bunu hay-küyə düşüb kampaniya xarakteri kimi görmək, qəbul etmək lazım deyil. Yaşlı, lazımlı kadrlardan da istifadə olunmalıdır, gənc nəsildən də. Əslində gənc nəsil o yaşlı nəslin yanına gedir, onlardan öyrənir, təcrübə əldə edir. Bunun da gözəl nəticələrini görürük, müşahidə edirik…”, - deyə, S.Qəhrəmanova sözlərinə əlavə edib.

Son xəbərlər