Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Türkiyədə sahiblərinin axtarmadığı 14 min avtomobil: 50 milyarda satılacaq  |     22:58 Yeni Kaledoniya Dövləti yaradılır  |     22:51 Demoqrafik böhranın astanasında: 20 il əvvəl başlayan azalma...  |     22:45 Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? (VİDEO)  |     22:44 "Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər" (VİDEO)  |     22:39 Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR  |     22:34 Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilən şirkətə 138 min manatlıq sifariş  |     22:26 Abortla bağlı yeni qanun qəbul edilə bilər (VİDEO)  |     22:21 Azərbaycan Çindən qarpız idxal edir? - "Yayda bu, heç ağlabatan deyil"  |     22:13 Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı?  |     22:06 Ukrayna iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər  |     22:00 Çayda boğularaq ölən Səfiyənin FOTOSU (Yenilənib)  |     21:44 Litva ordusu Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmadığına aydınlıq gətirib  |     21:23 Moskvada 122 illik temperatur rekordu yenilənib  |     20:54 Türkiyədə peyğəmbər karikaturasını yayan redaktor həbs edildi  |     20:29 "Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzatdı  |     20:26 Günəşdə aktivlik müşahidə olunur  |     20:16 Zaqatalada 3 yaşlı uşaq çayda boğuldu  |     20:00 Yemişin bu faydalarını bilirdinizmi?  |     19:55 Xankəndidən Kanadaya məktub göndərdi - Video  |    

Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb.

Bununla əlaqədar nazirliyin tabeliyindəki DOST Agentliyində mətbuat konfransı keçirilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini bildirib.

Qeyd edib ki, il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.

H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb.

Növbəti addım kimi daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.

Fond direktoru diqqətə çatdırıb ki, il ərzində bu e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.

Sonra təyinat mexanizminin təqdimatı olub. Qeyd edilib ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə - “Sosial ödənişlər” altsisteminə ötürülür.

Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir.

Şəxsin telefonu olmadıqda nazirliyin 142 - Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

Tədbirdə bildirilib ki, vətəndaş məmnunluğuna imkan yaradan bu innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişlənəcək. Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

Onu da bildirək ki, cari ildə sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 240 13.11.19 19:22