Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

09.11.2019 16:25 2 459
Xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

Median.Az
trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, 2019-cu il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

F.Abdullayevin sözlərinə görə, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və Cinayət Məcəlləsinin müvafiq normalarının mənası baxımından belə qənaətə gəlib ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız ölkəmizin Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Həmçinin qeyd edilib ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz:

"Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar”.скачать dle 11.3
Mojo.az Banner