Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Cənab səfir, bu lift qadınlar üçündür”

06.11.2019 20:57 1 539
“Cənab səfir, bu lift qadınlar üçündür”
Britaniyanın Azərbaycandakı səfiri paylaşımı ilə yenə marağa səbəb olub.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan dilində paylaşımları ilə tanınan səfir Ceyms Şarp bu dəfə qarşılaşdığı bir məqamı sosial şəbəkədə bölüşüb. Belə ki, Azərbaycan Memarlıq və İnşaaat Universitetində qonaq olan səfirə liftdən istifadə etmək istəyən zaman xəbərdarlıq olunub. Bildirilib ki, lift sadəcə qadınlar üçündür:

"Cənab səfir, giriş qadağandır".

Səfirin paylaşımından sonra universitetdə bu cür gender disbalansının olması sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub.

Azərbaycan Memarlıq və İnşaaat Universitetinin (AzMİU) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva sözügedən sayta məsələ ilə bağlı açıqlamasında bildirib ki, liftlərin üzərində lövhə asılmış olsa da, xüsusi qadağa yoxdur:

"Digər liftlərin üzərində də oğlanlar üçün və müəllimlər üçün sözləri yazılıb. Yəni, liftlər sadəcə qızlar üçün deyil. Həmin lövhələrin elə bir əhəmiyyəti yoxdur. Hər kəs istədiyi liftdən istifadə edə bilir. Hər hansı bir liftdən istifadə etmək qadağandır deyə bir şey yoxdur. Müəllimlər üçün olan liftə tələbələr də dəvət olunur, həmçinin qız və oğlanlar da qarışıq olaraq liftlərdən istifadə edir".

Son xəbərlər