Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar deyil" - Zavod direktoru

06.11.2019 15:07 1 248
Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur: "Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma " şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir".

S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: "Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir".

Direktor əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.

O, əsas məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da söyləyib:

"Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.скачать dle 11.3

Son xəbərlər