Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Səssiz ölüm”dən necə qurtula bilərik? - VİDEO

05.11.2019 21:28 1 609
“Səssiz ölüm”dən necə qurtula bilərik? - VİDEO
Havaların cəmi bir həftədir soyumasına baxmayaq, artıq bəzi evlərdə istilik sobaları qurulub.

Evi isitmək üçün işə salınan bu sobalar isə hər il onlarla ailənin ocağını söndürür.

Ayaqucunda, səssiz-səmirsiz gələn ölümün qurbanları arasında hər yaş qrupundan insan var.

Toksikoloq Azər Maqsudov deyir ki, son iki gündə dəm qazı zəhərlənməsi diaqnozu ilə təcili tibbi yardıma 8 nəfər müraciət edib. Bu ilin 10 ayı ərzində isə 119 belə müraciət daxil olub.

Deməli, evlərimizi dolaşan bu kabusa hər zaman hazır olmalıyıq. Zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq.

Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır?

Zəhərlənmələrin 90%-i vanna və yataq otaqlarında baş verir. İnsanlar yatarkən qazı açıq qoyur, gecə qazın kəsilməsindən xəbərsiz olurlar. Külək əsərkən bayıra çıxmalı olan tüstü otağa ötürülür, nəticədə zəhərlənmələr baş verir.

Hər yoldan keçənə də qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək olmaz. Bu sizi ölümə bir az daha yaxın edir. Həmçinin “Azəriqaz” əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq da qadağandır.//oxu.az

Son xəbərlər