Əli Həsənov: "Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar" - FOTOSESSİYA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:18 Cəlilabadda evdə yanğın olub  |     23:00 Əli Nəsirli vəfat etdi  |     22:53 "Qarabağ" daha bir oyunçu transfer etdi  |     22:27 Prorektor işdən çıxarıldı - FOTO  |     22:15 İmişlidə 23 yaşlı gənc bıçaqlandı  |     22:04 Ukraynanın energetika naziri Azərbaycana gəlir  |     21:24 Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağladı  |     21:22 İynədən sonra şoka düşən qadın həyatını itirdi  |     21:21 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:45 Türkiyə Prezidenti PKK-nın tərksilah prosesinə münasibət bildirib  |     20:37 Ümumdünya Əhali Günüdür  |     20:21 Qazinin həyat yoldaşının 8-ci mərtəbədən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb  |     20:16 Yaşıllıqların qanunsuz kəsilməsinə görə təbiətə 68 min manatdan çox ziyan dəyib  |     20:11 ADB Azərbaycanda monetizasiya elementli yol layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırır  |     20:05 Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq  |     19:57 Bakı, Sumqayıt və Abşeron üzrə bir neçə nümunəvi xəstəxanaya mentor klinika statusu veriləcək  |     19:50 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |     19:43 Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırılıb - Video  |     19:38 Azərbaycan mazut istehsalını 56 dəfədən çox artırıb  |     19:30 Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb  |    

Əli Həsənov: "Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar" - FOTOSESSİYA

Noyabrın 4-də Azərbaycanda Radio və televiziya işçilərinin peşə bayramı günü münasibəti ilə Akademik Opera və Balet Teatrında tədbir keçirilib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, tədbirdə dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov çıxış edərək Azərbaycanda Radio və Televiziya günü münasibəti ilə teleradio işçilərini təbrik edib. O, teleradio fəaliyyətinin Azərbaycanın mədəniyyətinin güzgüsü olduğunu bildirib: "Onlar Azərbaycan mədəniyyəti və incəsənətinin salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdırlar. Azərbaycan incəsənəti, mədəniyyəti, musiqisi, teleradionun laboratoriyalarında yaranır və inkişaf edir, faktiki olaraq Azərbaycan radio və televiziyası filarmonik rol oynayıb. Biz siyasətçilər teleradioya həmişə Azərbaycan siyasi-ictimai salnaməsini yaradan bir qurum kimi baxmışıq".

Ə.Həsənov ümummili lideri Heydər Əliyevin teleradio işçilərinə böyük önəm verdiyini də vurğulayıb: "Müstəqillik illərində teleradio sahəsi xüsusi inkişaf edən sahəyə çevrilib. Teleradiolarımız ən müasir texnoloji yeniliklərlə təmin olunublar. Hazırda onlar nəinki Cənubi Qafqazın, hətta dünyanın ən qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədirlər. Azərbaycanda 300-dən artıq qəzet-jurnal, 50-dən artıq televiziya və radio fəaliyyət göstərir. Hələ mən Azərbaycan əhalisinin sosial şəbəkədə aktivliyini demirəm. Azərbaycan əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Vətəndaşlarımız ölkədə və dünyada baş verən hadisələri birbaşa sosial şəbəkədən izləyirlər. Əsl söz, mətbuat azadlığı bu deməkdir. Bunun əsasını bildiyiniz kimi Heydər Əliyev qoymuşdu. Məlumdur ki, 1998-ci ildə bütün teleradio vasitələri üzərindən nəzarət götürüldü".

O, 2003-cü ildən əksər televiziyaların HD sisteminə keçibdiyini diqqətə çatdırıb: "Bir sözlə teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Bu bayram günündə mən sizin hər birinizi təbrik edir və yaradıcılıq uğurları arzulayıram".

Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçdiyini qeyd edib: "Bu dövr ərzində televiziya və radio böyük inkişaf yolu keçib. Azərbaycan Televiziyası xalqın məlumatlandırılmasında və ən əsası düzgün məlumatlandırılmasında öncül rol oynayır".

N.Məhərrəmli müstəqillik illərində özəl radio və televiziyaların yaranmağa başladığını nəzərə çatdırıb: "Bu kanal və radiolar Azərbaycanın teleradio məkanına zənginlik gətirdi, bu sahədə çalışan insanlar da çoxaldı. Bu illərdə digər bir cəhət yeni mexanizmlərin yaranması oldu. Bu illər ərzində kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir".

O, Azərbaycanda ixtisaslaşmış sahə kanallarının fəaliyyət göstərdiyini də bildirib: "Onların içərisində Mədəniyyət, İdman, Real TV və ARB24 kanallarını xüsusi ilə qeyd etmək istəyirəm, göründüyü kimi sahə kanallarının yaranması çox ciddi uğurdur. Sadaladığım bu televiziya kanallarında xalqı narahat edən şou xarakterli verilişlər də yoxdur. Hələ Ulu öndər Heydər Əliyevin dövründə bu sahəyə böyük diqqət ayrılırdı. İlham Əliyev də bu sahədə böyük işlər görür, həm televizya işçilərinin mənzil təminatı, həm serialların çəkilişinə dövlət tərəfindən ayrılan vəsaiti qeyd etmək istəyirəm. Bu sahədə gələcəkdə bir sıra işlər görüləcək".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 181 04.11.19 21:30