Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Median.Az report-a istinadən xəbər verir ki, bunlar - "Mercedes"in sürücüsü, Kürdəmir rayonunun Axtaçı kənd sakini, 1981-ci il təvəllüdlü İslamov Elşən İslam oğlu, həmin kəndin digər sakini, 1981-ci il təvəllüdlü İslamova Türkanə Sahvələd qızı və Mollakənd kənd sakini, 1965-ci il təvəllüdlü Soltanova Zeynəb Nəriman qızıdır.
***
Kürdəmir rayonunda yol qəzası baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə "QAZel" markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.