Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ağır qəza - Yaralananlar var

09.02.2019 23:00 2 115
Azərbaycanda ağır qəza - Yaralananlar var
Kürdəmir rayonunda yol qəzası baş verib.

Median.Az
-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hunday” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində rayon sakinləri – 1988-ci il təvəllüdlü Vasif Arif oğlu Səmədov və 1994-cü il təvəllüdlü Nicat Şəriət oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/

Son xəbərlər