Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın Xalq artistinin nikahdan kənar azərbaycanlı oğlunu anası Bakıya göndərir

02.11.2019 19:06 2 588
Rusiyanın Xalq artistinin nikahdan kənar azərbaycanlı oğlunu anası Bakıya göndərir
Moskvada 19 yaşlı Teymur Əkbərovun özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdan kənar oğlu olduğunu elan etməsindən sonra qalmaqallı məsələnin ətrafında söz-söhbət bitmir-tükənmir. Teymur daha bir açıqlaması ilə gündəmə damğa vurub. O bildirib ki, anası onun ağzını bağlamaq üçün istirahətə yollamağa çalışır.

StarHit xəbər verir ki, Teymur Əbərov Nikolay Tsiskaridze ilə görüşmək istəyir, ancaq uşağın anası bunun qarşısını müxtəlif yollarla almağa çalışır.

Yaxın aylarda sənətçi çıxış etmək üçün paytaxta gələcək. Teymur isə bu şansı əldən vermək istəmir, onu səhnədə görməyi xəyal edir.

Gəncin sözlərinə görə, anası bu görüşün əleyhinədir və onu bu dəfə Bakıya istirahətə göndərmək istəyir.

“Anam mənə dedi ki, mən uçub istirahət etməliyəm. Bizim küsülü olduğumuzu nəzərə alsaq, onun bu istəyi mənim üçün çox qəribə səsləndi. Məni evdən qovdu və sonra tətil təşkil etmək qərarına gəldi. Mənim Bakıya uçmağım üçün bilet aldı, baxmayaraq ki, ümumiyyətlə ora getməməli idim”,- deyə Əkbərov müsahibəsində söyləyib.

Gənc oğlan atası ilə münasibətləri düzəltməyə çalışır. Artıq Sankt-Peterburqa çıxış etmək üçün gedib, lakin məşhur balet ustasını görə bilməyib. Tsiskaridzenin özü bu qalmaqallı hadisəyə münasibət bildirməkdən boyun qaçırır.

Qeyd edək ki, gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.

Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.

Son xəbərlər