Mojo.az — elanlar
RU
Son Xəbərlər
21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gözəl burun istəyən qız gözündən oldu

26.10.2019 14:37 3 775
Gözəl burun istəyən qız gözündən oldu
Vyetnamda uğursuz kosmetik prosedur keçirən 13 yaşlı qız gözlərini itirib.

Burnundan narazı olan qız uzun müddət plastik əməliyyat arzusunda olub.

Odur ki, oktyabrın 21-də yeniyetmə valideynlərinin xəbəri olmadan kosmetik prosedurların aparıldığı spa salonuna gedib. Burnunun şəklini dəyişmək üçün spanın həkimi ona hiyaluron turşusu ilə inyeksiya üsulunu təklif edib.

Qiyməti iki milyon donq (təqribən 145 manat) olan prosedurun ödənişini etmək üçün qıza hissə-hissə ödəniş təklif olunub.

İnyeksiyadan yarım saat sonra yeniyetmənin vəziyyəti ağırlaşıb. Onun başında və sağ gözündə ağrılar başlayıb. Vəziyyəyin ciddiyyətini anlayan qız valideynlərinə zəng vurub.

Həkimə müraciət etdikdən sonra turşunun qızın göz damarlarını zədələdiyi məlum olub. Üstəlik, həkimlərin dediyinə görə, gözdəki problem artıq müalicə olunacaq səviyyədə deyil.

Son xəbərlər