Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? (VİDEO)

07.04.2025 22:20 720
Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? (VİDEO)
"Vurulan peyvənddən sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb".

Bu barədə körpənin atası, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini Həsən Mirzəyev iddia edir.

H.Mirzəyev Sabunçu rayonu 12 saylı şəhər polikninkasının sahə həkimi Elnurə Qurbanovadan şikayətçidir.

Onun iddiasına görə, E.Qurbanova körpəni müayinə etmədən ona iynə vurub və nəticədə uşağı ağır xəstə olub.

H.Mirzəyev "YeniGündəm"ə açıqlamasında isə deyib:

"Bizim 4 aylıq körpə uşağı sahə həkimi Qurbanova yoxlamadan, analiz və heç bir müayinə etmədən peyvənd edərək pis hala qoyub. Həm də razılığımız olmadan. Savadsız həkim allergiyası olan uşağa müayinəsiz göy öskürəyə qarşı peyvənd edib. Uşaq həmin gündən 39-40 dərəcə qızdırma içindədir. Neçə gündü vəziyyət ağır olaraq qalır. Bir çox müayinədən sonra məlum olub ki, qanına infeksiya düşüb və üstəlik uşaqda anemiya yaranıb. Həkimlərin dediyinə görə, bu cür xəstə uşaqlara qan analizi yoxlanmadan qəti peyvənd vurmaq olmaz. Hazırda uşağın bütün orqanlarnda iltihabılaşma başlayıb. Hətta dedilər ki ürək klapanlarının hər birində iltihab var, həmçinin qaraciyər böyüməsi, böyrəklər və sidik yollarında ciddi fəsadlar yaranıb. Bütün qan göstəriciləri yüksəlib".

Həkim Elnurə Qurbanova isə Xəzər Tv-yə verdiyi açıqlamada deyilənləri təkzib edib. Onun sözlərinə görə, peyvənddən öncə qan analizi edilib, hər şey qaydasında olub. Onun sözlərinə görə, vurulan peyvəndin heçm bir əks-təsiri yoxdur.

Daha ətraflı video süjetdə:скачать dle 11.3
Mojo.az Banner