Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda kürəkən keçmiş qayınatasını öldürdü — QƏTLİN TƏFƏRRÜATI

24.10.2019 21:20 1 749
Xaçmazda kürəkən keçmiş qayınatasını öldürdü — QƏTLİN TƏFƏRRÜATI
Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub.

Median.Az xəbər verir ki, hadisə ötən gün saat 11:30 radələrində rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səfər Qurbanov əvvəllər Gülyanə Qədirova ilə evli olub, 2017-ci ildə boşanıb, sonra ikinci dəfə ailə qurub.
S.Qurbanov son vaxtlar keçmiş arvadının başqa şəxslə evlənmək istədiyi barədə şayiələr eşidib və o, məsələyə aydınlıq gətirmək məqsədi ilə keçmiş qayınatası Əlihüseyn Qədirovun yaşadığı evə gedib. S.Qurbanov Ə.Qədirovu çölə çağırıb, darvazanın qarşısında keçmiş həyat yoldaşı barədə eşitdiklərini ondan soruşub. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb və S.Qurbanov özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirərək onu qətlə yetirib.

S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.//ölkə.az

Son xəbərlər