Mojo.az Banner
17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |    
Mojo.az Avto
Mojo.az Avto

Emin Ağalarovdan daha bir xeyriyyəçi addım - FOTO

24.10.2019 12:03 5 609
Emin Ağalarovdan daha bir xeyriyyəçi addım - FOTO
Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində xeyriyyə konserti verib.

Bilet satışından əldə olunan bütün məbləğ, 818 min rubl (22 min manat) Kuzbasın “Detskoye serdtse” Fondu və “Rodnik” uşaq evi arasında bölünəcək, eləcə də Kerns-Seyr sindromundan əziyyət çəkən Vlad Tsıqanova yardım ediləcək.

Kemerovoya səfəri çərçivəsində Emin 2018-ci il martın 25-də dəhşətli yanğın nəticəsində kül olan “Zimnyaya vişnya” ticarət mərkəzinin ərazisində salınan Mələklər Parkında da olub.

Məlum olub ki, hələ ötən il Xalq artisti dostları ilə bərabər zərər çəkən ailələr üçün 17 135 038 rubl (455 min manat) pul toplayıb, indi isə Müslüm Maqomayev Fondu və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Kemerovo şəhər şöbəsi ilə bərabər yanğında övladları həlak olan Treşevsk kəndinin altı ailəsinə yardım göstərilir.

Qeyd edilir ki, bu günədək vəsait yaşayış yerlərinin təmirinə, kənd təsərrüfatı texnikası və mal-qara alınmasına, uşaq meydançalarının qurulmasına və ailələrin digər ehtiyaclarına xərclənib.

Emin konsertindən əvvəl zərər çəkən ailələrlə görüşüb və onları öz konsertinə dəvət edib. Kemerovo sakinləri artisti və onun musiqiçilərini çox isti qarşılayıb.





скачать dle 11.3
Mojo.az Banner