Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əri tərəfindən öldürülən qadın millimizin sabiq futbolçusunun anası imiş

23.10.2019 22:45 3 087
Əri tərəfindən öldürülən qadın millimizin sabiq futbolçusunun anası imiş
İyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında Təranə Novruzova əri Zahid Novruzov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Median.Az
xəbər verir ki, həmin şəxslər Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə ən çox qol vurmuş futbolçu Nurlan Novruzovun valideynləri imiş.

Nurlan Novruzov bu gün keçirilmiş məhkəmə prosesində anasının atası tərəfindən ehtiyatsızlıqdan öldürülmədiyini, qəsdən bu addımı atdığını, əvvəllər də anasını döydüyünü bildirib.

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 61 yaşlı Zahid Novruzov iki güllə ilə öldürdüyü həyat yoldaşını qısqanclığa görə öldürmədiyini bildirib, bunu silahı təmizləyərkən ehtiyatsızlıq etdiyini vurğulayıb.

Daha sonra özünü öldürmək istəsə də, silah əlindən sürüşüb və güllə boğaz nahiyəsinə dəyib. Lakin 1 saylı Şəhər Kliniki Xəstəxanasında onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, 26 yaşlı Nurlan Novruzov Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail”, Türkiyədə “Dərsim 62 Spor” və “Şanlıurfa Bələdiyəspor” klublarında oynayıb. O, iyulun 25-də Moldovanın “Dinamo-Avto” klubu ilə müqavilə imzalayıb.

2012-ci ildə Hafiz Məmmədova məxsus “Bakı” klubu ilə ölkə kubokunu qazanmış Nurlan Novruzov 2014/15 mövsümündə bu klubun heyətində çıxış edərkən Premyer Liqanın bombardiri olub. Əvvəllər 19 və 21 yaşadək millimizin üzvü olmuş hücumçu 2015-ci ilin avqustunda Robert Prosineçki tərəfindən milliyə çağırılsa da, sonra heyətdən uzaqlaşdırılıb.//oxu.azскачать dle 11.3
Mojo.az Banner