Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra

22.10.2019 11:49 1 813
Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra
Rusiyada 2002-ci ildə üç azərbaycanlının öldürülməsi ilə bağlı cinayətin üstü açılıb.

“Moskovskiy komsomolets” xəbər verir ki, qətli törədən şəxs Penzdə ələ keçib.

Məlumata görə, saxlanılan şəxs o zaman “problemlərin güc vasitəsilə” həlli ilə məşğul olurmuş. Bunun üçün o, üzərində tapança gəzdirirmiş.

2002-ci il iyunun 2-də o, üç azərbaycanlının yaşadığı evə gəlib. Saxlanılan şəxs mübahisənin hansı səbəbdən baş verdiyini xatırlamadığını deyib.

Ancaq mübahisədən sonra azərbaycanlılar onu şəhərdən qovublar. Bundan xoşu gəlməyən 33 yaşlı Leninqrad sakini onlardan qisas almaq qərarına gəlib.

Onlarla yenidən görüşən şəxs üzərində gətirdiyi silahdan yeddi dəfə atəş açıb. Azərbaycanlılardan biri hadisə yerində, digər ikisi xəstəxanada ölüb.

Hadisədən sonra sənədlərini dəyişən şəxs Rusiyanın regionlarını və dünya ölkələrini gəzməyə başlayıb. Sonuncu dəfə Penzdə polis tərəfindən saxlanılan şəxs əməlini etiraf edib.

Son xəbərlər