Mojo.az Banner
15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |     15:01 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     14:47 İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb  |     14:44 Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü  |     14:43 Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb  |     14:42 Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi  |     14:41 İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var  |     14:15 Azərbaycan nefti BAHALAŞIB  |     14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |     12:59 İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir  |     23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |    
Left Banner
Right Banner

Azərbaycanda federasiya üç aydır ki, rəhbərsiz qalıb

21.10.2019 14:25 2 003
Azərbaycanda federasiya üç aydır ki, rəhbərsiz qalıb
Azərbaycan Mini-Futbol Federasiyasının rəhbərliyində dəyişiklik olunub.

Bu barədə Oxu.Az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Orxan Hüseynov deyib.

Onun sözlərinə görə, federasiyanın sədri Elxan Əsədov avqustdan bəri qurumun rəhbəri deyil:

“Elxan bəy öz istəyi ilə ərizə yazaraq federasiyadan ayrılıb. Federasiyada sədr müavini Taleh Nəsibov idi. Bu səbəbdən hazırda o, sədr funksiyasını müvəqqəti icra edir”.

Qeyd edək ki, Azərbaycan Mini-Futbol Federasiyası (əvvəl assosiaya olub – S.M.) 2017-ci ilin sonlarından fəaliyyətə başlayıb. Həmin vaxtdan federasiyanın sədri Elxan Əsədov olub.

Azərbaycan Mini-Futbol Federasiyasının müvəqqəti rəhbəri Taleh Nəsibov isə bu qurumun təsisçisi və sponsoru olan “Azfar Group” MMC-nin direktoru olub.

Ötən ildən “Zirə” futbol klubunun fəxri prezidenti olan Orxan Məmmədova məxsus “Azfar Group”un direktoru Lalə Məmmədovadır.скачать dle 11.3
Mojo.az Banner