Mojo.az — elanlar
Son Xəbərlər
22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yeni layihə: "Kitab dayanacağı"

17.10.2019 21:26 2 480
Bakıda yeni layihə:
Bakıda ilk dəfə olaraq kitab dayanacağı yaradıldı. "Kitab dayanacağı" layihəsinin təşkilatçısı "Progress club"dur. Layihənin təşkil olunduğu ilk ərazi Nəriman Nərimanov rayonu, Nazim Hacıyev küçəsindədir.

"Progress club"un icraçı direktoru Röyal Süleymanov layihə ilə bağlı Faktaz.com -a açıqlama verib. O, bildirib ki,bu layihənin həyata keçrilməsində əsas iki məqsəd var:

"Birinci məqsəd hamıya aydın olduğu kimi, insanlarda kitab oxuma vərdişlərini artırmaqdır. Əgər dünya ortalamasına baxsanız, görəcəksiniz ki, azərbaycanlılar kitab oxuma vərdişlərinin intensivliyinə görə aşağı sıralarda yer tutur. Biz də bu layihəmizlə çalışırıq ki, kitabları insanlar üçün asan, əlçatan hala gətirək və yavaş-yavaş kitab oxuma vərdişini gücləndirək. Layihəni reallaşdırmaqda ikinci əsas məqsədimiz isə əhalidə "ictimai mülkiyyət" anlayışını aşılamaqdır".

Röyal Süleymanov bildirib ki, bu layihənin təşkilində SOCAR-ın böyük dəstəyi var:

"SOCAR-ın əməkdaşları həmin köşkə nəzarət edəcəklər. Ola bilər ki, azyaşlılar kitabları cırsın yaxud zədələsin. Buna həm də əhali nəzarət etməlidir. Paytaxt sakinləri gəlib istədiyi kitabı dayanacaqdan götürüb oxuya və istədiyi vaxt qaytarıb yerinə qoya bilərlər. Bundan əlavə, öz kitablarından da hədiyyə kimi həmin köşkə yerləşdirə bilərlər".

Qeyd edək ki, paytaxtın bir neçə yerində kitab dayanacaqları quraşdırılması nəzərdə tutulur. Növbəti kitab dayanacağının Sabunçu rayonunda təşkil olunması planlanır.

Son xəbərlər