Mojo.az Banner
15:59 İspaniya həmin sərhəd keçid məntəqəsini açdı  |     15:36 Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı  |     15:26 "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)  |     15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |     15:01 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     14:47 İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb  |     14:44 Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü  |     14:43 Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb  |     14:42 Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi  |     14:41 İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var  |     14:15 Azərbaycan nefti BAHALAŞIB  |     14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Millimizə Yunanıstana viza verilməməsinin səbəbi bilindi - Baş məşqçi açıqladı

17.10.2019 19:18 1 840
Millimizə Yunanıstana viza verilməməsinin səbəbi bilindi - Baş məşqçi açıqladı
Dünya çempionatına gedə bilməməyimizin səbəbi viza verilməməsi oldu. Biz Yunanıstan səfirliyinə Gənclər və İdman Nazirliyi və AFFA-nın məktubunu, həmçinin turnir təşkilatçılarının dəvətnaməsini təqdim etmişdik. Amma bizə viza verilməməsinin dəqiq səbəbini göstərə bilmədilər.

Bunu Oxu.Az-a mini futbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev deyib.

Yunanıstanın Krit adasında keçirilən sokka (mini futbolun bir başqa növü) üzrə II dünya çempionatına millimiz yollana bilməyib. 40 iştirakçı arasında yığmamız olsa da, Yunanıstanın Bakıdakı səfirliyi yığmamızı “Şengen” vizası ilə təmin etməyib. Nəticədə yığmamız DÇ-dən kənarda qalıb.

E.Quliyevin sözlərindən belə başa düşülür ki, futbolçuların Azərbaycan Mini-Futbol Federasiyasından aldıqları maaşlar qeyri-rəsmi olduğundan, bank hesabı göstərilə bilməyib:

“Bizə pasportlarımız qaytarılanda deyildi ki, Yunanıstanda miqrant sayı çox olduğundan, futbolçuların son bir ildə harada işləməsinə dair məlumat təqdim olunmalıdır. Mini futbol isə həvəskar statusludur. Bu futbolçuların heç birində peşəkar fəaliyyəti əks etdirən iş yeri yoxdur. Biz federasiyadan maaş aldığımızı göstərmişdik. Amma onlar dedi ki, bank təminatı, hansı bank vasitəsilə pulun hesabımıza köçürülməsini əks etdirən sənəd də lazımdır. Hətta bu məsələdə nazir Azad Rəhimova qədər çıxıldı. Lakin o da dedi ki, başqa ölkənin səfirliyinin işinə müdaxilə edə bilməz.

Son vaxtlar Avropa ölkələri bizə çox çətinliklə viza verir. Fikirləşirlər ki, birdən gedərik, Azərbaycana qayıtmarıq. Ola bilsin ki, 3-4 ay əvvəldən viza üçün müraciət etsəydik, ala bilərdik. Ay yarım əvvəl müraciət etmişdik deyə, çatdıra bilmədik. Nəticədə bir illik əziyyətimiz boşuna getdi, bu turnirə çox ciddi hazırlaşmışdıq.

Həmçinin AzTV ilə danışmışdıq, “İdman” telekanalı oyunlarımızı canlı göstərməliydi. Təyyarə biletləri alınmışdı. Gedə bilmədiyimiz üçün federasiya təkcə biletdə 12 min ziyana düşdü”.

Elşad Quliyev yığmamızın heyətinin keçmiş peşəkar futbolçulardan ibarət olmasından da danışıb:

“Böyük futboldan Tural Nərimanov, Eşqin Quliyev, Hüseyn Axundov, Seyid Rəzi, Pərviz Qaraxanov, Fərmayıl Əliyev, futzaldan Seymur Məmmədov, İlkin Hacıyev, çimərlik futbolundan Asif Zeynalov heyətimizdə vardı. Qapıçılarımız Ramil Həsənzadə və Anar Məmmədov idi. Kənarda qalan futbolçular idi, bir yerə yığmışdıq. Eləsi vardı ki, bu yarışa hazırlaşdıqdan sonra 10 kq atmışdı. Eşqin Quliyev bu dəqiqə elə formadadır ki, Premyer Liqada oynaya bilər”.

Mini futbol üzrə millimiz isə gələn il yalnız bir yarışa gedə biləcək. Çünki federasiyada maliyyə durumu yüksək deyil:

“Ötən il Portuqaliyada keçirilən dünya çempionatına hazırlaşıb gedə bilməmişdik. Bu dəfə isə hazır idik, vizaya görə alınmadı. Gələn il Beynəlxalq Sokka Federasiyası Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı keçirəcək. Həmçinin Dünya Mini-Futbol Federasiyası Kiyevdə Avropa çempionatı keçirəcək. İkisi də təxminən eyni vaxta düşdüyündən, bizdə də o qədər maliyyə olmadığından, birinə getməyə çalışacağıq”.скачать dle 11.3
Mojo.az Banner