Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Telefonunun batareyası bitən qız cərimələnib

15.10.2019 22:38 1 637
Telefonunun batareyası bitən qız cərimələnib
İngiltərənin paytaxtı Londonda avtobus sərnişini gediş haqqını ödədiyini sübut edə bilmədiyi üçün cəzalandırılıb.

“The Mirror”un məlumatına görə, o, “Apple Pay” sistemindən istifadə edib, amma gözlənilməz problem yaşanıb. Bloger Jemima Kelli mobil telefonunda olan sistemlə onun batareyası bitmədən bir neçə saniyə əvvəl şəhər avtobusuna ödəniş edib. Beş dəqiqədən sonra konduktor ona yaxınlaşdıqda gənc qız ödəniş qəbzini göstərə bilməyib.

Baş verən hadisə gənc qızın yadından çıxsa da, iki ay sonra London Nəqliyyat Korporasiyasından ona məktub göndərilib. Məktubda günahını etiraf etmək və ya təkzib vermək üçün son 21 gününün qaldığı bildirilib. Kelli hesabından bilet üçün vəsait çıxılmasını təsdiqləyən bank qəbzi göndərsə də, Nəqliyyat Korporasiyasının vəkilləri bunu sübut olaraq qəbul etməyib.

Nəticədə məhkəmənin qərarı ilə ingilis qadına 476,5 funt (1000 manat) cərimə tətbiq edilib. Qızın zərəri bununla da bitməyib. Vaxtında ödənilməmiş cəriməsi olduğundan ABŞ səfirliyi ona viza verməkdən imtina edib. Nəticədə bloger əvvəlcədən ABŞ-a 1000 funta (2000 manat) aldığı təyyarə biletinə görə də əlavə itki yaşayıb.

Son xəbərlər