Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevir avtovağzalında biletin qiymətindən əlavə pul alınır? - VİDEO

03.09.2018 13:13 2 226
Mingəçevir avtovağzalında biletin qiymətindən əlavə pul alınır? - VİDEO
Mingəçevirdən Bakıya gedən sərnişin ondan artıq pul alındığını iddia edir. Kassaya yaxınlaşan şəhər sakini bilet almaq üçün nə qədər ödəniş edəcəyini soruşub. Bu zaman ondan 7 manat 40 qəpik əvəzinə, 8 manat alınıb. Biletin üstünə altmış qəpik yazılmış əlavə çek də tikilib.

Median.Az
-ın məlumatına görə, “Xəzər” TV-nin əməkdaşları məsələni yerində araşdırıb.

Mingəçevir avtovağzalından həmin iddiaya cavab belə olub. Sərnişin bilet alıb bu gün paytaxta yola düşürsə, 7 manat 40 qəpik, əgər sabah və ya on gün sonra üçün sifariş edirsə, bu zaman əlavə olaraq altmış qəpik ödəməlidir.

Baş dispetçer Behçət Məmmədov əvvəlcədən satılan biletlər üçün alınan muzd haqqının bütün avtovağzallarda tətbiq edildiyini və qanunsuz olmadığını bildirib.

Mingəçevirdən Bakıya gedən digər sərnişinlər də əvvəlcədən bilet aldıqda əlavə olaraq altmış qəpik ödəniş etdiklərini bildirib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə yeni tariflərin qəbul edilməsindən əvvəl Mingəçevirdən Bakıya gediş haqqı beş manat, əvvəlcədən bilet aldıqda isə əlavə olaraq əlli qəpik ödəniş edilib.
скачать dle 11.3

Son xəbərlər