Mojo.az — elanlar
Son Xəbərlər
12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtovağzallarda vətəndaşlardan bilet pulundan əlavə komisyon haqqı alınır - SƏBƏB

01.09.2018 17:21 15 509
Avtovağzallarda vətəndaşlardan bilet pulundan əlavə komisyon haqqı alınır - SƏBƏB
"Bakıya avtobusla getmək üçün hər dəfə Mingəçevir Beynəlxalq Avtovağzalından bilet alıram. Biletin qiyməti 7 manat 40 qəpikdir, ancaq əlavə 60 qəpik də ödəməli olduğumu bildirirlər və buna görə mənə qəbz verirlər. Açığı, tam məlumatlı olmadığımdan bilet pulundan əlavə 60 qəpiyi niyə ödədiyimi bilmirəm. Avtovağzal işçiləri isə vətəndaşlara bunun qanunvericiliklə müəyyənləşdirilmiş bir ödəniş olduğunu deyirlər. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirin - sözügedən 60 qəpik nə üçün alınır, həqiqətən, ödəməliyikmi?".

Yeniavaz.com saytına müraciət edən vətəndaşlardan birinin verdiyi bu suala cavab almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq.

Xidmətinin mətbuat katibi Nuridə Allahyarova saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Fotodan da göründüyü kimi, vətəndaşa satılan biletin üzərinə rəsmi möhürlü qəbz yapışdırılıb. Mövcud qanunvericiliyə əsasən, biletin əvvəlcədən nağd ödənişlə alınmasına görə komisyon haqqı tələb olunur. Bakıdan rayonlara gedərkən onlayn yolla alınan biletlərə görə komissiya haqqı tutulmur. Onlayn yolla hətta 10 gün əvvəldən də Bakıdan istənilən rayona avtobus bileti almaq olar. Vətəndaşın aldığı biletin üzərindəki qəbz rəsmi ödəmənin sübutudur. Rəsmi ödəmənin sübutunu təsdiq edən qəbzin verilməsi qanunsuz ola bilməz".

Nuridə Allahyarovanın sözlərinə görə, komisyon muzdu Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə müəyyən olunub: "Həmin qaydaların 6.28-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda biletlərin əvvəlcədən satışına görə sərnişinlərdən, o cümlədən güzəştli gediş hüququna malik olan şəxslərdən müəyyən edilmiş məbləğdə komisyon muzdu alınır".

Son xəbərlər