Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaqif Əsədov: "Görmədim", "bilmədim", "tələsirdim", filankəsəm" sözləri heç kimi məsuliyyətdən azad etmir

15.10.2019 20:37 1 587
Vaqif Əsədov:
Xəbər verdiyimiz kimi, son günlərin ən aktual xəbərlərindən biri məhz piyadaların vurulması ilə bağlıdır. İşıqfor olan küçələrdə gediş-gəlişi işıfor tənzimləsə də, təhlükə nə qədər az olsa da, təəssüf ki, işıqfor olmayan küçələrdə piyadalar daha çox təhlükədədir. Ümumiyyətlə, piyada keçidi olan halda belə, qəzalara nə səbəb olur?

Median.Az
-ın məlumatına görə, mövzu ilə əlaqədar faktaz.com Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun fikirlərini öyrəndib:

"Polis olmasa, hərəkətdə müəyyən problemlər yaşanar. Səmimi etiraf etməliyik ki, hərəkət iştirakçısı olaraq ərazidə yol polisi olmasa, biz əziyyət çəkərik. Buna görə də yol polisinin köməyi hər birimizə lazımdır. Çünki, bəzi sürücülərin yol hərəkəti qaydalarını pozması tıxacların yaranmasına gətirib çıxarır. Bilirik ki, strateji əhəmiyyətə malik, daha çox süni sıxlığın olan yerlər var ki, bunun da sayı 70- ə qədərdir. Bax həmin 70 nəzarət postu bizim tərəfimizdən qeydə alınıb və bu postlarda pik saatlarında 2 və daha çox əməkdaşımız xidmət aparmaq məcburiyyətində qalır. Xüsusilə səhər saatlarında piyada zolaqları ilə kəsişən ərazilərdə, yol birləşmələrində, işıqforlarla tənzimlənən yol ayrıclarında yol- qəza hadisəsi baş verməsin deyə, biz yol polisi olaraq məcbur qalıb hər bir piyadanın əlindən tutub yolu keçirməyə çalışırıq".

Polis polkovniki bildirib ki, polis olmadan da hər kəs öz hərəkətini tənzimləməyi öyrənməlidir. Onun sözlərinə görə, bəzən yol- hərəkəti qaydalarına riayət etməyən vətəndaşlar əsassız bəhanələr gətirirlər:

"Mental xüsusiyyətlərimizlə bağlı "görmədim", "bilmədim", "tələsirdim", "filankəsəm" kimi tez- tez işlədilən ifadələri işlədənlər unutmasın ki, bu sözlər heç kimi məsuliyyətdən azad etmir. Ona görə diqqətli olmalı və tələbləri bilib bunlara uyğun hərəkət etməyə üstünlük verilməlidir".
Vaqif Əsədov həmçinin ötən günlərdə sosial şəbəkələrdə yer alan videodan da danışdı. O, polis əməkdaşının piyada keçidində piyadanı vurması ilə bağlı görüntülərə aydınlıq gətirdi:
"Sükan arxasında kim olursa olsun, törətdiyi xəta ilə əlaqəli cavab verir. Əgər hadisə baş verirsə, günahkar şəxs hadisənin ağırlıq dərəcəsinə görə məsuliyyət daşıyır. Bu polis maşınına dəyib, ya nə bilim vətəndaşa dəyib, bu cür müzakirələr düşünürəm ki, xoşagəlməz informasiya yaymaqdır. Sükan arxasında kim varsa, əgər xətası varsa, sübüt olunursa məsuliyyətə cəlb olunur".
Polis polkovniki yol- qəza hərəkətinin təhlilini verərkən anoloji müqayisə apararaq piyada vurulması hadisələrinin əksəriyyətinin məhz keçidlərin yaxınlığında baş verdiyini dedi:
"Diqqətinizə çatdırmaq istəyirəm ki, yol qəza hadisələri məhz piyada keçidlərinin yaxınlığında baş verir. Apardığımız müşahidələr, tərtib edilmiş inzibati- protokollar onu deməyə əsas verir ki, tikilib- istifadəyə verilmiş bu keçidlərdən piyadalar tam olaraq düzgün, dolğun şəkildə istifadə etmir. Bu təəssüf doğurur. Həmin ərazilərdə yol- qəza hadisələrini təhlil etsək görəcəyik ki, əksər vurulanlar təxminən 25 yaşdan 40 yaşa qədər olan gənclərdir. Həmin adamların da dili ilə ifadə etsək, tələsirdim, görmədim kimi ifadələr işlədəcəklər. Açığı deyim, ötən illər ərzində piyadaların Bakı şəhəri üzrə vurulması 67- 69 faiz təşkil edirdisə, bu rəqəm indi 60 faizə düşüb. Unutmayaq ki, yol-hərəkət hadisələrində həlak, əlil olan, xəsarət alan və həmçinin vuran da, vurulan da hər biri Azərbaycan Respublikasının vətəndaşıdır".
Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat üçün bildirib ki, avtomobillərin 80 km/saat sürət həddindən daha yüksək sürətlə hərəkət etməsinə icazə verilən ərazilərdə piyadalar təyin olmayan yerlərdən keçirsə artıq 40 manat məbləğində cərimə edilir. Vaqif Əsədov eyni zamanda yol infrastrukturunda yaradılan yeni piyada keçidlərindən də söhbət açaraq piyadaların təhlükəsizliyi üçün həmin piyada keçidlərindən istifadə etmələrini tövsiyyə edib:
"Vaxtı ilə Bakı şəhərində 9 yeraltı piyada keçidi var idi. İndi bu keçidlərin sayı 80- dən yuxarıdır. Yəni bu bir günün işi deyil. 26 yaşlı Azərbaycanımızın paytaxtı Bakı şəhərində yol infrastrukturunun inkişafı sahəsində hələ 2006-cı ildə dövlət Proqramı qəbul edilib. Bu proqramdan gələn tələblər bu gün də icra edilir. Məsələn, Bakı- Mərdəkan dairəsindən Buzovna istiqamətində bilirsiniz ki, piyada keçidi yox idi. İndi səhv etmirəmsə həmin ərazidə 200 piyada keçidi var, biri də tikilməkdədir. Bunlarda məqsəd yol- qəza hadisələrini aşağı enməyidir".

Son xəbərlər