Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı sakini psixotrop dərman “zəhərlənməsindən” öldü

14.10.2019 20:31 2 082
Bakı sakini psixotrop dərman “zəhərlənməsindən” öldü
Bakıda gənc güclü psixotrop dərmanı dozadan artıq qəbul etdiyinə görə ölüb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Keşlə kənd sakini, 1981-ci il təvəllüdlü R.Xıdırov kəskin “dərman zəhərlənməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bir müddət sonra xəstə ölüb.

Qeyd edək ki, paytaxtda narkotik və psixotrop dərmanların həddən artıq qəbulu nəticəsində ölüm hallarına çox rast gəlinir.

Məhkəmə tibb ekspertiza mütəxəssisləri psixostimulyasiyaedici dərmanlar almağın narkotik almaqdan daha asan olduğunu və buna görə sintetik dərman istifadə edənlərin sayının hər gün artdığını deyib.

Bundan əlavə, internetdə ev şəraitində ilk baxışdan zərərsiz görünən tibbi preparatlardan sintetik dərman hazırlamağın kifayət qədər yolları olması barədə məlumatlar da var.

Qeyd edək ki, məhz sintetik dərmanlar getdikcə insan ölümlərinin artmasına səbəb olur.

Son xəbərlər