Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO

14.10.2019 15:36 3 570
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO
Vasim Məmmədəliyev “Qurani-Kərim”in tərcüməsində mühüm rol oynamış şəxslərdən biri olub.

Bunu vida mərasiminə qatılan Mübariz Qurbanlı deyib.

O bildirib ki, V.Məmmədəliyev dövlət-din münasibətlərinin yaranmasında əvəzsiz rol oynayıb:

“İslam dəyərlərimizin təbliğ və təşviqində öz xidmətləri ilə seçilən V.Məmmədəliyevin itkisi çox ağırdır. O, Azərbaycanın seçilən ziyalılarından biri olub. O, öz arxasında nəhəng bir məktəb qoyub getdi.

Təhsil verdiyi gənclər onun yolunu davam etdirəcək. “Qurani-Kərim”in tərcümə olunmasında əvəzsiz rolu olub. Azərbaycan bu gün alimini, ziyalısını, gözəl ailə başçısını, layiqli vətəndaşını itirdi. Allah rəhmət eləsin”.

* * * *

Vasim Məmmədəliyev Azərbaycan elminə dünya şöhrəti qazandırıb.

Bunu akademikin vida mərasiminə qatılan millət vəkili Nizami Cəfərov deyib:

“Vasim Məmmədəliyev ərəb dilçiliyini ümumiləşdirən ziyalılardan olub. O, klassik ədəbiyyatı mükəmməl bilməklə yanaşı, ərəbcəni, türkcəni, farscanı gözəl bilirdi. Allah çox gözəl istedad nəsib edib.

O, həm də çox yaxşı dost idi. Bu gün hər kəs onu yad edir. Şərqşünaslar üçün çox ağır itkidir. Heç kim Vasim Məmmədəliyevi unutmayacaq”.

* * * * *

Bu gün BDU-da akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.


Akademik Vasim Məmmədəliyevlə vida mərasiminə dövlət və ictimai xadimlər, universitetin müəllim kollektivi, millət vəkilləri qatılıb.

Vida mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Vasim Məmmədəliyev kimi şəxsiyyətin ölümünün Azərbaycan üçün ağır itki olduğunu bildirib.

Q.Paşayeva Vasim Məmmədəliyevlə bağlı xatirələrini bölüşüb:

“O, akademiyanın ən önəmli şəxsiyyətlərdən biri idi. Hər zaman müsbət enerjisi iıə seçilən Vasim Məmmədəliyevin yoxluğuna inanmaq hər kəs üçün ağırdır. Mən bunu ölkəmiz üçün ağır itki adlandırıram.

Mən heç vaxt onu üzgün, pessimist görməmişdim. Onun simasında biz böyük bir ziyalımızı itirdik. O, minlərlə gənc insanın yetişməsində misilsiz xidmətlər göstərib. Ailə yaxınlarına səbr diləyirəm”.

Vida mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev isə deyib ki, Vasim müəllim heç vaxt unudulmayacaq.

O bildirib ki, V.Məmmədəliyev şərqşünaslıq sahəsində olduqca böyük uğurlar qazanıb:

“Biz Vasim Məmmədəliyevi dünən gecə itirdik. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində danışan insan olub. Məhz buna görədir ki, bu gün onunla vidalaşmağa gələn hər kəsin gözündə dərin kədər görünür.

O, rəhbərlik etdiyi kollektivdə sevilən, seçilən nadir, saf insanlardan idi. Biz onu daim xatırlayacağıq. Allah rəhmət eləsin”.

Mərhum akademik vida mərasimindən sonra ikinci Fəxri Xiyabanda dəfn olunacaq.










Son xəbərlər