Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin müavininə cavab verib

11.10.2019 21:26 1 760
Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin müavininə cavab verib
Ermənistan xarici işlər nazirinin müavini öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur.

Median.Az
bildirir ki, bunu Trend-ə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Xankəndidə keçirilən forumda söylədikləri ilə bağlı cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib ki, Ş.Köçəryanın beynəlxalq hüququn "xalqların öz müqəddəratını müəyyən etməsi" prinsipini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının Ermənistan Respublikasının təcavüzkar əməlləri ilə dəstəklənən qanunsuz zorakı separatçılıq cəhdləri ilə eyniləşdirməsi tarixi saxtalaşdırmaq və hüquq prinsiplərini yalan əsasında yozmaq deməkdir:

"Hüquq isə yalanı sevmir və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu sənədlər kifayət qədər açıq dildə və aydın şəkildə yazılıb. Əgər Ş.Koçaryanın BMT Nizamnaməsindən, BMT TŞ qətnamələrindən, ATƏT-in Helsinki Yekun Aktından, eləcə də sovet dövründə qanunsuz separatçı meyllərlə bağlı SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlarından xəbəri yoxdursa, o zaman Ermənistan xarici işlər nazirinin müavininə yalnız təəssüf etmək olar.

Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində hazırlanaraq, həyata keçirilən və məhkəmə qərarı ilə təqsirkar bilinən 92 nəfər arasında ermənilərin olduğu Sumqayıt hadisələrinin təhrif edilməsi onu göstərir ki, növbəti dəfə Ermənistan tərəfi öz məsuliyyətini başqasının üzərinə atmağa cəhd edir. Bu gün bölgədəki cari vəziyyətin, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin beşdə birinin hərbi işğal altında olmasının, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində olmasının yeganə səbəbi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi təcavüzkar və ilhaqçı siyasətidir. Münaqişənin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılır və aparılan danışıqların əsas prinsipləri və mahiyyəti dəfələrlə həmsədr ölkələri tərəfindən ifadə edilib. Ş.Köçəryanın münaqişənin mahiyyətini və danıqşıqlar prosesini mənasız və əsassız şəkildə təhrif edilməsi cəhdi ucuz erməni təbliğatından başqa bir şey deyildir".

Son xəbərlər